Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Karbonu Udan Canlı Tikinti Materialı

Karbonu Udan Canlı Tikinti Materialı

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağac kimi nəfəs alan material: Canlı struktur havadakı karbonu udur

Xalqcebhesi.az xəbər verir ki, İsveçrənin ETH Zürich Universitetində alimlər, havadakı karbon qazını ağaclar kimi udaraq onu həm üzvi, həm də mineral formaya çevirə bilən canlı bir material hazırlayıblar. Bu materialın əsasını fotosintez qabiliyyətinə malik siyanobakteriyalar təşkil edir.

İkiqat karbon saxlama mexanizmi

Makromolekulyar Mühəndislik professoru Mark Tibbitt rəhbərliyində aparılan tədqiqatda siyanobakteriyalar xüsusi bir hidrojelin içinə yerləşdirilib. Beləliklə, həm canlı, həm də böyüyə bilən və atmosferdən birbaşa CO₂ çəkə bilən tikinti materialı yaradılıb. 3D printer texnologiyası ilə istənilən formaya salına bilən bu material yalnız günəş işığı, karbon qazı və qida maddələri ilə zəngin süni dəniz suyu ilə böyüyə bilir.

Karbonu həm biokütlə, həm də mineral kimi saxlayır

Siyanobakteriyalar fotosintez zamanı materialın içində əhəng daşı kimi bərk karbonatların yaranmasına səbəb olur. Bu karbonatlar uzunmüddətli karbon saxlama qabiliyyətinə malikdir. Həmçinin, material zamanla sərtləşir və möhkəmlənir.

Tibbittin komandasında yer alan doktorant Yifan Cui, bu prosesi belə izah edir:

“Siyanobakteriyalar zaman keçdikcə yumşaq quruluşu sərtləşdirir və materialı mexaniki baxımdan daha dayanıqlı edir.”

400 gün ərzində davamlı CO₂ udma

Laboratoriya sınaqlarına əsasən, bu canlı material 400 gün ərzində fasiləsiz şəkildə karbon qazını udmağa davam edə bilir. Hər bir qram material təxminən 26 milliqram CO₂ udur – bu, təkrar emal olunmuş betonun karbon tutma qabiliyyətindən (7 mg/g) daha yüksəkdir.

Siyanobakteriyalar — gələcəyin memarları

Materialın əsasını, canlı hüceyrələrlə dolu su əsaslı hidrojel təşkil edir. Bu gel, işıq, su, CO₂ və qida maddələrinin keçidinə imkan verir və hüceyrələrin içəridə bərabər yayılmasını təmin edir. 3D printer ilə xüsusi geometrik formalar yaradılaraq bakteriyaların daha uzun müddət canlı qalması və dərin qatlara işığın çatması təmin olunub.

Binalar karbon tələsinə çevrilə bilər

Tədqiqatçılar bu texnologiyanın gələcəkdə binaların fasadlarında örtük materialı kimi istifadə edilə biləcəyini bildirir. Beləliklə, tikililər ömürləri boyunca atmosferdən karbon qazı çəkərək passiv karbon yutağına çevrilə bilər.

İlk tətbiq nümunələri Venesiya Memarlıq Biennalesi və Milan Triennalesi kimi beynəlxalq tədbirlərdə nümayiş olunub. Kanada Pavilyonunda yerləşdirilən üç metr hündürlüyündə iki süni "ağac gövdəsi" illik təxminən 18 kiloqram CO₂ udur – bu da 20 illik bir şam ağacının udduğu miqdara bərabərdir.

Çürümə deyil, çevrilmə: Canlı memarlığın yüksəlişi

Milan sərgisində təqdim olunan “Dafnənin Dərisi” adlı layihədə taxta səthlərə yerləşdirilən mikroorqanizmlər zamanla yaşıl bir örtük əmələ gətirir. Bu yalnız estetik bir dəyişiklik deyil, eyni zamanda CO₂ udan canlı bir memarlıq elementinə çevrilir.

Məryəm Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri