Tramp Venesuelaya zərbələr öncəsi milli təhlükəsizlik iclası keçirib
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı planlaşdırılan hərbi zərbələr ərəfəsində Floridadakı Mar-a-Lago iqamətgahında milli təhlükəsizlik məsələlərinə dair müşavirə keçirib.
Bakupost.az xəbər verir ki, məlumat Ağ Evin yaydığı rəsmi qrafikdə əksini tapıb.
Cədvələ əsasən, yerli vaxtla cümə günü saat 17:30-da (Bakı vaxtı ilə şənbə günü 02:30) başlayan toplantı təxminən bir saat davam edib. Tədbir mətbuat üçün qapalı keçirilib.
"CBS News"un məlumatına görə, ABŞ əvvəlcə Venesuelaya hücumu dekabrın 25-də (Milad bayramında) həyata keçirməyi planlaşdırsa da, sonradan əməliyyat ertələnib.
Bildirilir ki, həmin vaxt əsas üstünlük Nigeriyada fəaliyyət göstərən İŞİD terror qruplaşmasının obyektlərinə endirilən hava zərbələrinə verilib.
Hazırda Venesuela istiqamətində hərbi addımlar yenidən ABŞ-nin diqqət mərkəzindədir.
Bu mövzuda digər xəbərlər:Maduro: “İfrat sağçı qruplar seçkilər öncəsi Venesuelaya muzdlu əsgərlər göndərir”
23 May 2025 14:30
ABŞ ordusu Venesuelaya zərbələr endirir
03 Yanvar 2026 12:34
Tramp Venesuelaya bağlı narkokartellərə yeni zərbələr vuracağını bəyan edib
23 Sentyabr 2025 19:47
Tramp Venesuelaya ordu yeritməyə hazırlaşır
30 Avqust 2025 08:30
Tramp Venesuelaya hücum etməyi planlaşdırmır
01 Dekabr 2025 16:56
Baxış sayı:36
Bu xəbər 03 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















