Icma.az
close
up
RU
İsti hava ürəyə necə təsir edir? Kardioloqdan vacib xəbərdarlıq

İsti hava ürəyə necə təsir edir? Kardioloqdan vacib xəbərdarlıq

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Uzun müddət isti havaya məruz qalmaq bədən temperaturunda müəyyən dəyişikliyə səbəb olur, bütün daxili orqanlar da bu dəyişikliyə uyğun olaraq fəaliyyətini tənzimləyir”.
Bunu türkiyəli kardiologiya mütəxəssisi Prof. Dr. Kənan Sönməz deyib.


Həkim bildirib ki, ürək-damar xəstəlikləri olan insanlara isti hava mənfi təsir edə bilər.


“Yüksək hava istiliyi, isti havaya məruz qalma müddəti və havadakı rütubət bədənimizin bu tənzimləmə mexanizmlərinə pis təsir göstərə bilər.
İsti havada çöldə işləmək, idmanla məşğul olmaq, çox dar paltarlar geyinmək məsləhət deyil, bu isti havanın mənfi təsirlərini artırır. Bu mənfi təsirlər yaşlılıq, ürək-damar xəstəlikləri və böyrək çatışmazlığı kimi digər xəstəliklər zamanı daha da artır. Temperatur yüksəldikcə və bu nə qədər uzun davam edərsə, eyni sürətlə xəstəxanaya yerləşdirmə və ürək-damar xəstəliklərindən ölüm halları çoxalır. İsti havada tərləmə ilə həddindən artıq maye itkisi dehidrasiyaya, yəni bədəndəki maye miqdarının azalmasına və qan sıxlığının artmasına səbəb olur. Bundan əlavə, isti havanın təsiri ilə bədən səthində damarların həddindən artıq genişlənməsi baş verir və bütün bunların nəticəsində qan təzyiqində azalmalar müşahidə olunur. Belə havalarda təzyiqi normal həddə saxlamaq çətinləşir. Xüsusən də yüksək qan təzyiqi zamanı çoxlu dərman müalicəsi alan insanlar bu vəziyyəti nəzərə almalı, təzyiqlərini tez-tez yoxlamalı və müalicələrini buna uyğun tənzimləməlidirlər”,-deyə həkim qeyd edib.


Kardioloqun sözlərinə görə, qan təzyiqinin pozulması, maye itkisi, elektrolit pozulmalar və qan sıxlığının artması infarkt riskini artırır. İnfarkt keçirmiş və yüksək risk altında olan xəstələr, həddindən artıq temperaturun yüksəldiyi dövrlərdə qoruyucu tədbirlərə və müalicələrinə diqqət yetirməlidirlər. Həddindən artıq elektrolit itkisi, xüsusilə də natrium itkisi səbəbiylə zəiflik, yorğunluq, ürəkbulanma, qusma və çaşqınlıq kimi simptomlar meydana gələ bilər. Maye ilə birlikdə elektrolitlərin itirilməsi müxtəlif ürək ritm pozğunluqlarına səbəb ola bilər. Bu səbəbdən ürək döyüntüsü, ürək döyüntüsündə həddindən artıq artım və ya yavaşlama kimi şikayətlər yarandıqda mütləq həkimə müraciət etmək, EKQ və ya Holter müayinəsindən keçmək lazımdır.

Sevinc Hüseynova

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri