Icma.az
close
up
RU
Karepetyanın məxfi planı Paşinyanı yalnız bu halda devirmək olar

Karepetyanın məxfi planı Paşinyanı yalnız bu halda devirmək olar

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan müxalifəti hələ də Nikol Paşinyanın parlament seçkisində qalib gəlməsini həzm edə bilmir. Müxalifət Paşinyanı devirmək üçün müxtəlif yollar axtarır. Bir müddət əvvəl  Güclü Ermənistan blokunun lideri, biznesmen Samvel Karepetyan  Paşinyanı devirmək üçün “məxfi planlarının olduğunu bildirib.

"Mən bir sıra müxalif siyasi qüvvələrin liderləri ilə görüşmüşəm. Kimlərlə görüşdüyümü deyə bilmərəm. Bizim gizli bir planımız var, onu açıqlamayacağam. Biz Paşinyanı tez bir zamanda devirmək yolunu seçəcəyik. Lazım gələrsə, küçə hərəkatı da səfərbər olunacaq. Amma hələlik biz qanuni yolla gedirik”, - rusiyalı iş adamı qeyd edib.

Bununla belə erməni müxalifətinin geniş etiraz aksiyalarına qalxmaması, məsələlərə passiv yanaşması diqqətçəkən nüansdır.

Maraqlıdır ki, məxfi plan dedikdə, Karepetyan nəyi nəzərdə tutur və hansı addımlar atıla bilər?

Modern.az-a açıqlamasında Gürcü politoloq Giorgi Qoqua bildirib ki, Samvel Karapetyanın bəyanatlarını qiymətləndirərkən siyasi ritorika ilə Ermənistanın real konstitusion və siyasi reallıqlarını bir-birindən ayırmaq vacibdir:

“Ermənistanın parlament sistemi çərçivəsində Baş nazir Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılması nəzəri baxımdan mümkün olsa da, praktiki maneələr hələ də ciddi olaraq qalır. İstənilən hökumət dəyişikliyi konstitusion mexanizmlər vasitəsilə həyata keçirilməlidir və mövcud siyasi şəraitdə buna nail olmaq üçün sadə və birbaşa yol mövcud deyil.

Baş naziri dəyişməyin ən legitim yolu parlament vasitəsilədir. Ermənistan parlamentli respublika olduğuna görə, hökumətin fəaliyyəti əsasən parlament çoxluğunun etimadından asılıdır. Lakin hazırda Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə rahat çoxluğa malikdir və bu da müxalifətin ciddi dəyişikliklər olmadan onu vəzifədən uzaqlaşdırmasını olduqca çətin edir. Belə bir ssenari yalnız parlament dinamikasında ciddi dəyişiklik, yaxud hakim partiya daxilində parçalanma baş verərsə mümkün ola bilər.

Kütləvi etiraz aksiyaları da siyasi təzyiqin mümkün vasitələrindən biridir, xüsusilə Ermənistanın yaxın siyasi tarixi nəzərə alındıqda bu belədir. 2018-ci il “Məxməri inqilab” nəticəsində Paşinyanın hakimiyyətə gəlməsi göstərdi ki, davamlı ictimai mobilizasiya ölkənin siyasi mənzərəsini dəyişə bilər. Bununla belə, son illərdə baş verən etiraz dalğaları hakimiyyət dəyişikliyinə səbəb olmayıb. Bu isə göstərir ki, nümayişlər yalnız o halda hökuməti dəyişə bilər ki, onlar parlamentdə dəstək itkisi, hakim koalisiyada parçalanma və ya uzunmüddətli güclü ictimai təzyiqlə üst-üstə düşsün”.

                    

Politoloqun fikrincə, Karapetyanın “gizli planlar”a istinadı isə ehtiyatla qarşılanmalıdır:

“Hazırkı mərhələdə onun açıqlamalarından başqa bu cür konkret planların mövcudluğunu təsdiqləyən açıq mənbəli heç bir sübut yoxdur. Bu ifadə yalnız müxalifət partiyalarının, nüfuzlu ictimai fiqurların və vətəndaş cəmiyyətinin vahid siyasi strategiya ətrafında koordinasiya səylərinə işarə ola bilər. Eyni zamanda, bu, hakim partiya üzvlərini tərəf dəyişməyə sövq etmə cəhdlərini və ya hökumətə təzyiqi artırmaq üçün daha koordinasiyalı etiraz hərəkatının hazırlanmasını da nəzərdə tuta bilər. Digər ehtimal isə bu açıqlamanın konkret əməli planı deyil, müxalifət tərəfdarlarını səfərbər etmək və hakimiyyətə qarşı siyasi dinamikanın gücləndiyi təəssüratı yaratmaq məqsədi daşıyan siyasi mesaj olmasıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri