Icma.az
close
up
RU
Oskanyan Paşinyanı devirmək istəyir... Bacaracaqmı?

Oskanyan Paşinyanı devirmək istəyir... Bacaracaqmı?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan adəti üzrə baş nazir Nikol Paşinyanı və onun komandasını aşağılayıcı tərzdə tənqid edir. Ancaq o, hakim düşərgəni nə qədər “satqın” və “xain” adlandırsa da, xeyri olmur. Görünür, Vardan özü də durumun fərqindədir. Ona görə birbaşa ittiham ritorikasında dəyişiklik aparıb. Bu məxluqun indi nələrdən söz açdığına diqqət yetirəcəyik. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.

Qeyd edək ki, V.Oskanyanın son illərdəki başlıca tezisi Qarabağdır. Vardan, öz aləmində, Qarabağ dirənişi yaradır, bu “dirənişi” beynəlxalq müstəviyə daşıyır. Elə fon yaradır ki, guya, bölgəni yenidən erməniləşdirmək mümkündür, şanslar tükənməyib və sair. Hiss olunur ki, o, dərin psixoloji sarsıntının və tipik erməni xəstəliyinin təsiri altındadır.

Əlbəttə, Oskanyanın bildirdikləri mənasızdır. Çünki Paşinyan və komandası bu məxluqun fövqəladə Qarabağ davası baxımından irəli sürdüyü sərsəmləmələrin hamısını sınaqdan çıxarıb, amma hansısa nəticə əldə edə bilməyib. Ancaq Vardan bu dəfə nə Qarabağdan söz açıb, nə də ölkəmizə ittiham yağdırıb. Onun “facebook” səhifəsində bildirdiklərini, müəyyən mənada, reallığın dərki kimi də qiymətləndirmək mümkündür. Amma...

Əlqərəz, sabiq baş diplomatın 14 məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Oskanyan bildirib ki, Ermənistanın böhranlı vəziyyətinə görə əsas məsuliyyət baş nazirin üzərindədir. Amma durum fərqlidir. Onun sözlərinə görə, Paşinyanı hakimiyyətə xalq gətirib və bu işdə hansısa xarici güclərin olması barədə nəzəriyyələr reallıqla səsləşmir. Görəsən, Oskanyan niyə belə deyir?

Məsələ ondadır ki, onun fikrincə, xalq amorf, düşüncəsiz kütlədir. Elə bir kütlə ki, onunla daim manipulyasiya etmək mümkündür. Kütlədən fərqli olaraq isə xarici güclər daha sistemli və planlıdır. Yəni, Oskanyan özünün yarımçıq diplomatik təfəkkürü ilə, bir növ, qorxunu aradan qaldırır. Təxminən belə: Nikolu hakimiyyətdə saxlayan güclü tərəf yoxdur və rahat şəkildə onu devirmək mümkündür. Əlbəttə ki, xalqı aldatmaqla.

Əslində, Oskanyan, eyni zamanda, onu deyir ki, Paşinyan 2018-ci ildə hakimiyyətə məhz erməni xalqını aldadaraq gəlib. Amma Vardan sadə ermənilərin nə üçün Nikola inandığına dair suala cavab vermir. Cavab isə çox sadədir. Məsələ ondadır ki, Oskanyanın da tərkibində təmsil olunduğu keçmiş hay hakim komandası, daha doğrusu, Qarabağ klanı erməni xalqını elə bir günə qoymuşdu ki, onun siyasətdən anlayışı olmayan Paşinyanın xoşbəxt gələcəklə bağlı nağıllarına inanmaqdan başqa çarəsi qalmamışdı.

Tam əminliklə deyə bilərik ki, Paşinyanın hazırda hakimiyyətdə qalmasının, yəni, erməni xalqının özünə yeni lider axtarmamasının əsas səbəbi dövləti quldur dəstəsi kimi idarə edən Koçaryan–Sarkisyan cütlüyünün əməlləridir. Bu gün də həmin cütlük ortalıqda görünməklə ölkənin əsas müxalifəti adına iddialı göstərməklə Paşinyanın hakimiyyətdə qalmasını təmin edirlər.

Bəli, indiki məqamda Vardanın erməni hakimiyyətini devirmək formulunda xalqı iqtidara qarşı qaldırmaq kazusu tam əhəmiyyətsizdir. Onun “Paşinyanın idarəetmə qabiliyyəti qalmayıb, xalq və xarici müttəfiqlərin dəstəyini itirib” şəklində fikir yürütməsinin mənası yoxdur. Eləcə də Oskanyanın Nikolu hakimiyyətə gətirən xalqın öz səhvlərini düzəltməyi bacardığını vurğulaması da tam anlamsızdır.

Ancaq keçmiş XİN rəhbərinin düzgün vurğuladığı bəzi məqamlar var. Məsələn, o, Paşinyanı səriştəsiz və təcrübəsiz biri kimi qələmə versə də, baş nazirin “əvvəlki hakimiyyətlərin nailiyyətlərini kölgədə qoyacaq uğurlar əldə etmək” istəyindən söz açıb. “Onun, guya, hansısa qüvvələr tərəfindən gətirilməsi, məqsədin isə Artsaxı təslim etmək, Ermənistanı zəiflətmək və bölmək olması haqda mifin də reallıqla heç bir əlaqəsi yoxdur. Qənaətim diplomatik təcrübəmə əsaslanır. 2018-ci ildə Paşinyan bu mürəkkəb regionda dövlət idarəçiliyinin çağırışlarına sadəcə hazır deyildi. O, təcrübəsiz, savadsız, bacarıqsız idi, beynəlxalq münasibətlər barədə heç bir təsəvvürə malik deyildi və eyni zamanda, həddindən artıq özünə güvənirdi. Məhz bu səbəblərdən uğursuz oldu”, – deyən Oskanyan sui-qəsd cəhdlərinə ehtimal etməyin faydasızlığını vurğulayıb.

Əlbəttə, Nikol səriştəsiz və təcrübəsizdir. Məhz beləsinin üzərinə siyasi sərmayə yatırmaq xaricdəki, daha doğrusu, Qərbdəki qüvvələrin işi idi. Həmin qüvvələr xalqın Koçaryan–Sarkisyan rejiminə pataloji nifrətinə hesablanmış siyasi texnologiyanı işə salaraq uğur qazandılar və mövcud trayektoriyada Paşinyanın səriştəli və təcrübəli olmasına hansısa ehtiyac duyulmurdu.

Ümumən, Nikolu hakimiyyətə gətirənlərə təcrübəli siyasətçi o zaman da lazım deyildi, indi də buna gərək yoxdur. Çünki əsl siyasətçi səbəb və nəticə əlaqələrini duyaraq nəticə çıxarandır. Belə bir şəxs məsələləri dərk edər, məsuliyyət daşıyar, hansısa məqamı sorğulayar. Nikol və komandası isə zombilər yığınıdır.

Bəli, bu “plan” üçün Paşinyan və komandasının ağıllı adamlardan formalaşmasına ehtiyac duyula bilməzdi. Əlbəttə, ancaq zombi olan biri Qarabağı Ermənistan kimi göstərib, başı daşa dəydikdən sonra qədim diyarımızın Azərbaycana məxsusluğunu etiraf edə bilər. Çünki beləsi nə dərəcədə miskin və rəzil duruma düşdüyünün, alçaldığının fərqinə varmır.

Məsələn, bir vaxtlar Ağdamı öz vətəni kimi göstərən Ermənistan parlamentinin sədri Alen Simonyandan yenə sözünün üstündə dayanıb-dayanmadığını soruşurlar. Simonyan “hamının səhvi ola bilər” cavabının necə böyük rüsvayçılıq olduğunu düşünməyəcək dərəcədə rəzildir. Sanki, parlament sədri yox, balaca uşaqdır.

V.Oskanyanın tərkibində təmsil olunduğu komandanın üzvləri bir başqa cür zombi olublar. Onlar Rusiyanın aləti rolunda çıxış ediblər. Vardan özü isə zombinin yekəsi idi və belə bir sərsəm düşüncəli məxluq Paşinyana xas mənfi cəhətləri sadalamaqla, onun hakimiyyətdən getməsinin vacibliyini əsaslandırmağa girişir. Ən başlıcası isə Oskanyan intuitiv proqnoz verərək deyir ki, Paşinyan hakimiyyəti asanlıqla təhvil vermək istəməz. Hesab edirik ki, sabiq XİN rəhbəri bu məqamı da doğru vurğulayır.

Fikrimizi əsaslandırmaq üçün bir nüansın üzərində dayanaq. Ötən həftə N.Paşinyan parlament tribunasından çıxışı zamanı “eksləri” ölkənin Dövlət Təhlükəsizliyi Komitəsinin zirzəmilərində işgəncə verilməli adamlar kimi təqdim etdi. Əminliklə deyə bilərik ki, qarşı tərəf də onun və komandasının üzvləri barədə tam eyni şeyi düşünür. Ona görə Oskanyan deyir ki, Nikol üçün hakimiyyətdə qalmaq ölüm-qalım məsələsidir. Vardan belə bir durumda Ermənistanı böyük qarşıdurmanın gözlədiyini vurğulayır ki, bu qənaətində də haqlı sayıla bilər.

Sonda bildirək ki, istər V.Oskanyanın vaxtaşırı, istərsə də digər revanşistlərin mütəmadi sərsəmləmələri Ermənistan cəmiyyətindəki dərin psixoloji sarsıntının göstəriciləridir. Hay cəmiyyəti mövcud acınacaqlı durumdan xilas yolu tapa bilmir. Daha dəqiq desək, o yolu görməyi bacarmayacaq qədər kordur. Söhbət Azərbaycanla sülhə gəlməkdən, səmimi münasibətlər yaratmaqdan gedir. Bu olmadıqca, Ermənistan üçün ölüm-qalım dilemması aktuallığını saxlayacaq. Yəni, cəmiyyətdəki, ictimai-siyasi mühitdəki təbəddülatlar ölkənin varlığını şübhə altına alacaq. Həm də ona görə ki, erməni mühiti vardanyanlardan və onun kimilərindən təmizlənmir və bu çirkli şəraitdə Paşinyan iqtidarının süddən çıxmış ağ qaşıq olmaq şansı yoxdur. Deməli, iflas labüddür.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1408

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see701

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see545

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see534

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see457

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see435

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see365

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see295

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see294

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see285

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see266

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri