“Karpat səkkizliyi” yaradılıb
Icma.az bildirir, Ayna portalına istinadən.
Sammitdə Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstan iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi"nin yaradıldığını elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Zelenskinin sözlərinə görə, sammitdə Ukrayna, Rumıniya, Serbiya, Polşa, Slovakiya, Çexiya, Avstriya və Macarıstan iştirak edəcək.
Ukraynanın İvano-Frankovsk bölgəsinə Zelenski ilə görüşmək üçün gələnlər arasında Polşanın Baş naziri Donald Tusk, Serbiya Prezidenti Aleksandr Vuçiç və Rumıniya Prezidenti Nikusor Dan da olub. Zirvə toplantısında Avropa İttifaqı nümayəndələri də iştirak edəcəklər.
Zelenski bildirib ki, “bu, ölkələrimizi daha da yaxınlaşdıracaq və Aİ səviyyəsində qarşılıqlı əlaqənin daha bir güclü elementi - təhlükəsizlik, enerji, logistika və sərhədyanı iqtisadi əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsi və icmalarımıza əhəmiyyətli dəstək yaratmalı olan hərəkatın ciddi bir başlanğıcıdır”.
C8 sammiti sentyabrın 20-dək keçiriləcək. UNIAN tədbirin birinci hissəsinin Hutadakı prezident iqamətgahında, ikinci hissəsinin isə Bukoveldə keçiriləcəyini yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 18 Sentyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















