Icma.az
close
up
RU
Kart oğurluqları artıb: Ciddi tədbirlər görülməsə, betər olacaq

Kart oğurluqları artıb: Ciddi tədbirlər görülməsə, betər olacaq

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Belə davam edərsə, vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər


Son iki gün ərzində vətəndaşların bank kartlarından ümumilikdə 100.000-ə yaxın vəsait oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.

Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Məlumata görə, mayın 3-də və 4-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.  “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, deyə məlumatda qeyd olunur. 


Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru, Texnologiya və innovasiyalar İşçi Qrupunun üzvü Osman Gündüz belə bir halın yaranmasının bank müştərisinin məlumatlarının haradansa sızması ilə birbaşa bağlı olduğu fikrindədir: 

- Kartınızda pul varsa, hədəfdəsiniz. Kiber fırıldaqçılar hədəfi dəqiq vururlar – bu məlumatlar onlara haradan sızır? Azərbaycanda narahatedici və paradoksal bir vəziyyət yaranıb. Hər gün - bəli, hər gün - vətəndaşların bank kartlarından 25-30 min manat civarında vəsait kiberdələduzluq yolu ilə oğurlanır. Bu rəqəmlər artıq adi statistikaya çevrilib. Daxili İşlər Nazirliyi demək olar ki, hər gün bu barədə faktlarla dolu həyəcan siqnalı verir, lakin problem azalmır, əksinə, dərinləşir. Açıq görünür ki, bu, artıq tək-tək hadisələr deyil, sistemli və kütləvi xarakterli cinayət dalğasıdır. Təəccüblənməmək mümkün deyil: axı son 2-3 ildə ölkədə bu sahədə müsbət istiqamətdə ciddi addımlar atılıb. Yəni hər şey artma istiqamətində olub; maarifləndirmə kampaniyaları güclənib, kibermütəxəssislərin sayı xeyli artıb, infrastruktur müasirləşdirilib, DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb, konkret müsbət nəticələr var ortada, bu, Baş İdarə ilə Banklar arasında real vəziyyətdə işləyən anti-fraud sistem qurulub və s. Amma maraqlı və absurd olan budur ki, nəticə fərqli istiqamətdə inkişaf edir: kiber cinayətkarlıq artır, daha hədəfli və ağıllı formalar alır. Hər gün külli miqdarda talamalar var. Burada nəsə çatışmır – və çox güman ki, bu çatışmazlıq texnologiya deyil, insan amilidir. Artıq müşahidələrimə əsaslanaraq belə qənaətə gəlmişəm ki, bu fırıldaq sxemlərinin effektivliyi bankların müştəri məlumatlarının haradansa sızması ilə birbaşa bağlıdır. Sadəcə təsadüfi nömrələrə zəng vurulmur. Əksinə, dövriyyəsi olan, kartında pul olan "yağlı müştərilər" hədəf seçilir. Bu isə bizə əsas verir ki, məlumat sızıntısı ehtimalını ciddi şəkildə araşdıraq. 


“Şübhələr nəyə əsaslanır?” deyə sual edən O.Gündüz qeyd edib: 

- Əgər bu qədər kütləvi şəkildə, yüksək məbləğli və dəqiq hədəflərlə dələduzluqlar həyata keçirilirsə, bu artıq adi bir bank əməkdaşının fərdi bir müştəri məlumatını sızdırması - satışı ola bilməz. Bu, yüksək səviyyədə məlumat bazasına çıxışı olan şəxslərin, bəlkə də, sistemli şəkildə bu məlumatları fırıldaq şəbəkələrinə ötürməsi ilə bağlı ola bilər. Bu məlumatlar həm banklardan, həm də mobil operatorlardan sızdırıla bilər, lakin ən çox ehtimal bank məlumat bazaları ilə bağlıdır. Bəs nə etməliyik? Birincisi, fərdi məlumatların qorunması haqqında qanunvericilik təcili şəkildə sərtləşdirilməlidir. İkincisi, banklarda və mobil operatorlarda müştəri bazasına çıxışı olan bütün əməkdaşlar üzrə daxili audit və təhlükəsizlik yoxlamaları həyata keçirilməlidir. Üçüncüsü, məsuliyyət yalnız istifadəçiyə yox, məlumatı qorumağa borclu olanlara da şamil edilməlidir və s. Əgər bu sahədə ciddi araşdırma və hüquqi mövqe ortaya qoyulmasa, kibercinayətkarlıq daha da sistemli xarakter alacaq. Hər gün açıqlanan statistikalarla  yalnız vətəndaşlar yox, dövlətin rəqəmsal etimadı və maliyyə sabitliyi də zərbə altında qalacaq. Belə davam edərsə, vətəndaşlar kartlarında pul saxlamaq istəməyəcəklər. Bu, dolayısı ilə nəğdsiz ödənişlərə, şəffaflığın zəifləməsinə, rəqəmsal transformasiyaya mənfi təsir göstərəcək. Ümid edirəm təhlükəsizliyə cavabdeh olan əlaqədar qurumlar da baş verənlərin fərqindədir və ciddi tədbirlər görüləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 May 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri