AMB kart hesablarından oğurluq hallarına qarşı tədbirlər həyata keçirəcək
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə vətəndaşlarının kart hesablarından oğurluq halları ilə bağlı bir neçə tədbir həyata keçirməyi nəzərdə tutur.
“Report” xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Nağdsız ödənişlər artıqca, dələduzluq halları da artır. Bütün ölkələrdə bunu müşahidə etmək olar. Əfsuslar olsun ki, Azərbaycanda da belə hallar artmaqdadır. Bu, əsasən vətəndaşların özlərinə məxsus məlumatları paylaşmasından irəi gəlir. AMB ilk olaraq bu ilin martından maliyyə sektorunda informasiya və kibertəhlükəsizlik qaydalarını yeniləyəcək. Bunun müəyyən qədər müsbət təsiri olacaq. Eyni zamanda maliyyə qurumları ilə birgə mediada marifləndirici işlər aparılacaq", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 Yanvar 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















