Icma.az
close
up
RU
Britaniyada mobil telefon oğurluqları iki dəfə artıb

Britaniyada mobil telefon oğurluqları iki dəfə artıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

London, 7 fevral, AZƏRTAC

Son beş ildə Britaniyada mobil telefon oğurluqlarının sayı iki dəfə artaraq 83 min 900-ə çatıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, maskalı dəstələrin elektrik velosipedlərindən istifadə edərək telefonları oğurlaması bu artımın əsas səbəblərindən biridir. Hazırda ölkə üzrə hər gün orta hesabla 225 mobil telefon oğurlanır. Əldə edilən məlumatlara görə, ötən ilin iyul ayına qədər olan 12 aylıq dövrdə 83 min 900 telefon oğurluğu qeydə alınıb. Bu, beş il əvvəlki 45 min 800 hadisə ilə müqayisədə iki dəfəyə yaxın artım deməkdir.

Mobil telefon oğurluqlarının ən çox qeydə alındığı şəhər London olub. Paytaxtda son beş il ərzində bu cinayətlərin sayı iki dəfədən çox artaraq 65 min 600-ə çatıb. Polisin verdiyi məlumata görə, güclü cinayətkar qruplaşmalar elektrik velosipedlərindən istifadə edərək izdihamlı ərazilərdə 1500 funt sterlinq dəyərində mobil telefonları qurbanlarının əlindən oğurlayaraq qaçır.

Böyük Britaniyanın daxili işlər naziri İvet Kuper bildirib ki, insanların küçədə mobil telefon istifadə edərkən özlərini güvəndə hiss etməməsi tamamilə qəbuledilməzdir. O, çərşənbə günü mobil telefon oğurluqlarına qarşı mübarizə üçün yeni polis səlahiyyətlərinin veriləcəyini elan edib. Həmçinin, smartfon oğurluqlarına dair xüsusi toplantıya rəhbərlik etdiyini bildirən nazir polis qüvvələrinin bu cinayətlərə qarşı mübarizəni gücləndirəcəyini və həbs qərarlarının sürətləndiriləcəyini vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri