Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Kartdan karta köçürmələrə qoyulan limit ləğv edilir? AÇIQLAMA

Kartdan karta köçürmələrə qoyulan limit ləğv edilir? AÇIQLAMA

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Tətbiq olunan limitlər nə dərəcədə effektlidir və praktikada özünü doğruldurmu? Əgər sözügedən məhdudiyyət özünü doğrultmayacaqsa, ləğv edilə bilərmi?

İqtisadçı ekspert Asif İbrahimov Ölkə.az-a açıqlamasında, bunu dünyanın heç bir yerində tətbiq olunmayan praktika adlandırıb:

“Burada məqsəd guya kölgə iqtisadiyyatını aradan qaldırmaq idi. Lakin kartdan karta edilən əməliyyatlara limit qoymaqla kölgə iqtisadiyyatı aradan qalxmayacaq. Əksinə daha da güclənəcək. Çünki dünən kartdan karta göndərilən və müəyyən qədər izlənilə bilən dövriyyə artıq nağd formada istifadə olunacaq”. 

Ekspert deyib ki, rəsmi mövqeyə görə, sözügedən limitlərin qoyulması vergidən yayınma məqədi daşıyır, lakin bu, problemi aradan qaldırmayacaq:

“Yenə də, problemin səbəblərini araşdırmaq əvəzinə nəticələr üzərində baş sındırırıq. Burada sual olunmalıdır ki, niyə bəzi sahibkarlar pos-terminal əvəzinə kartdan karta köçürmə əməliyyatlarına üstünlük verirlər? Bu davranışın arxasında hansı motivlər dayanır?

Qərar problemin əsas səbəbini aradan qaldırmır. Hər şey qaydasında olsaydı, nə sahibkar, nə də vətəndaş prosesdən qaçmazdı. Biz sahibkarın hansı iqtisadi mühitdə fəaliyyət göstərdiyinə baxmalıyıq. Belə ki, sahibkar nə edirsə-etsin onun satdığı məhsulun maya dəyəri yüksək olur. Xammal, avadanlıq, ehtiyat hissələri, logistika, gömrük, enerji, icarə, əməkhaqqı, vergi və sosial ödənişlər, bank xidmətləri, sığorta və s. üst-üstə gəldikdə sahibkarın xərc bazası artır”. 

A.İbrahimov burada daha fundamental məsələ olduğunu düşünür:

“Fikrimcə, mövcud iqtisadi model müəyyən istiqamətlərdə öz effektivliyini itirib. Uzun müddət tətbiq olunan iqtisadi mexanizmlər yeni şəraitə uyğunlaşdırıla bilmədikdə qərarlar problemi həll etmək əvəzinə onun nəticələri ilə mübarizəyə çevrilir və daha da çətin vəziyyət yaradır. İqtisadi modeiln effektivliyini yalnız ümumi daxili məhsulun və ya büdcə gəlirlərinin artımı ilə ölçməməliyik. Əgər sahibkarın xərc bazası genişlənir, məhsulun maya dəyəri yüksək qalır, rəqabət fəaliyyəti zəifləyir, biznesin şəfaff fəaliyyət göstərməsi üçün iqtisadi stimullar kifayət qədər güclü olmursa, ayrı-ayrı inzibati tədbirlərin effektivliyində də məhdudiyyətlər olacaq. Biz yüksək maya dəyərinin yaratdığı qiymət artımını görüb artımla mübarizə aparmağa başlayırıq. Bundan sonra isə sahibkarın hansı ödəniş formasından istifadə edib-etmədiyini müzakirə edirik”.

Eskpertin sözlərinə görə, bütün zəncirin əvvəlində duran səbəb sistemli şəkildə araşdırılmalı, məhsulun maya dəyərinin niyə yüksək olması və sahibkarın niyə vergidən yayınmaq üçün min bir üsula əl atması araşdırılmalıdır:

“Hesab edirəm ki, iqtisadi siyasətdə əsas məsələ alıcı və satıcı prizmasından baxmağı bacarmaqdır. Alıcı necə ucuz və keyfiyyətli məhsul əldə etməli, satıcı necə ucuz və keyfiyyətli məhsul satmalıdır? Belə limitlərdə sahibkar vergidən yayınmaq üçün daha hansı yolların olduğunu fikirləşir. Bu hallarda sahibkar ödənişləri ya nağd qəbul edəcək, ya da qohumlarının adına kart açdıracaq”. 

A. İbrahimovun fikrincə, qərarın özünü doğrultmaması bariz şəkildə görünəcək: “Limitlərin tətbiqi ilə nağd ödənişlərin artması banklar üçün komissiya, yəni maliyyə itkisi yaradır. Düşünürəm ki, özünü doğrultmadığından limitlərin ləğvi gözlənilə bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli isə Ölkə.az-a açıqlamasında bildirib ki, bu məhdudiyyətlərin ciddi bir effekti yoxdur:

“Bu qərarın verilməsinin rəsmi şəkildə açıqlanan məqsədi vergidən yayınmanın qarşısını almaq idi. Lakin insanlar niyə vergidən yayınır? Vergi dərəcələri niyə yüksəkdir? Bunlar araşdırılmalıdır. Sahibkarlar bu halda nağd ödənişlərə keçir, məhdudiyyətdən yan keçmək üçün bir yox, bir neçə kartdan istifadə etməyə çalışırlar. Bunun təsirlərini ilin sonunda bank kartlarının sayının artması ilə görəcəyik”. 

Ekspert vergidən yayınmaların azaldıması üçün bir sıra təkliflər irəli sürüb:

“Vergiləri azaltmaq, kiçik və orta sahibkarları 1 milyon manatadək dövriyyədə ƏDV-dən azad etmək olar. Eləcə də, onların biznes kartlarını açıq edərək ora toplanan vəsaitlərin dövriyyəyə daxil edilməsi və vergisinin ödənilməsinə nail olmaq olar. Təklif edirəm ki, dövriyyədən vergi Bakı şəhəri üçün 4%, regionlar üçün 2% olsun. Bu, problemləri həll edər, heç kəs vergidən yayınmaz”.

Könül Vəliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Sentyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri