Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Kartdan karta pul atmaq qanuni yoldurmu? EKSPERT FİKRİ

Kartdan karta pul atmaq qanuni yoldurmu? EKSPERT FİKRİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Kartdan karta pul köçürmək əməliyyatı Azərbaycan Respublikasının mövcud qanunvericiliyi çərçivəsində hüquqi statusa malik olan və fiziki şəxslər arasında geniş tətbiq edilən bir ödəniş formasıdır. Bununla belə, pərakəndə ticarət və ictimai iaşə sektorlarında bu üsulun ödəniş vasitəsi kimi yeganə forma olaraq tətbiqi hüquqi pozuntu kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Beynəlxalq bankında Biznes monitorinq üzrə ekspert Toğrul Novruzəliyev deyib.

Onun sözlərinə görə, belə hallarda ödənişi həyata keçirən istehlakçıya kassa çeki və ya POS-terminaldan çıxarış təqdim olunmaması səbəbindən həmin alıcının malın geri qaytarılması, zəmanət hüququnun təmin olunması və yaxud ƏDV-nin geri alınması imkanları ciddi şəkildə məhdudlaşır: "Qanunvericiliyə əsasən, bu cür ödəniş üsullarını tətbiq edən sahibkarlıq subyektlərinə qarşı Dövlət Vergi Xidməti tərəfindən inzibati sanksiyalar nəzərdə tutulur. Belə ki, pozuntu halları təkrarlandıqca tətbiq edilən cərimələrin məbləği artan dinamika üzrə tənzimlənir: ilk pozuntu halında 1.000 manat, ikinci dəfə 3.000 manat, növbəti hallarda isə 6.000 manat cərimə tətbiq olunur.

Müvafiq praktikanın tətbiqi həm istehlakçılar, həm də dövlət üçün bir sıra risklər yaradır. Birincisi, istehlakçının hüquqi müdafiə imkanları zəifləyir; kassa sənədlərinin olmaması səbəbindən alqı-satqı faktının sübut olunması çətinləşir. İkincisi, ƏDV-nin geri alınması mexanizminin və banklar tərəfindən təqdim olunan stimullaşdırıcı proqramların – məsələn, bonus və ya cashback xidmətlərinin – tətbiqi mümkünsüzləşir. Üçüncüsü, bu cür qeyri-rəsmi ödəniş üsulu sahibkar tərəfindən vergi öhdəliklərinin gizlədilməsi və vergidən yayınma halları ilə nəticələnə bilər ki, bu da maliyyə şəffaflığının pozulmasına səbəb olur. Dördüncüsü, kartdan karta ödənişlərdə kibertəhlükəsizlik baxımından risklər mövcuddur; çünki bu əməliyyatlar zamanı kart məlumatlarının qorunması səviyyəsi daha aşağı olur və məlumatların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi ehtimalı artır".

Ekspert həmçinin bildirib ki, bu risklərin minimuma endirilməsi məqsədilə istehlakçılara bir sıra preventiv tədbirlərin görülməsi tövsiyə edilir: "Belə ki, mal və ya xidmətlərin ödənişi zamanı POS-terminal vasitəsilə rəsmi şəkildə ödəniş edilməli, ödənişi təsdiq edən çek və ya çıxarış tələb olunmalı, qeyri-qanuni ödəniş tələbləri ilə rastlaşıldıqda isə aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməlidir. Həmçinin, fərdi maliyyə təhlükəsizliyinin təmin olunması baxımından kart məlumatlarının yalnız etibarlı mənbələrdə və təhlükəsiz platformalarda paylaşılması zəruridir.

Yekun olaraq qeyd etmək olar ki, kartdan karta pul köçürmələri hüquqi baxımdan məqbul olsa da, bu üsulun pərakəndə ticarət və iaşə obyektlərində yeganə ödəniş forması kimi tətbiqi qanunvericiliyin tələblərinə ziddir və həm istehlakçı hüquqlarının pozulması, həm də fiskal şəffaflığın zəifləməsi baxımından ciddi fəsadlara yol aça bilər"- deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri