Icma.az
close
up
RU
Ekspert: “Kartdan karta limit qoymaq problemi həll etməyəcək”

Ekspert: “Kartdan karta limit qoymaq problemi həll etməyəcək”

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Azərbaycanda kartdan-karta köçürmələr üzrə gündəlik və aylıq limitlərin tətbiqi ilə bağlı verilən qərar müzakirələrə səbəb olub.

İqtisadçı Asif İbrahimov “BakuPost”a bildirib ki, əsas müzakirə kartdan-karta köçürmələrə limit qoyulması deyil, sahibkarların niyə qeyri-rəsmi ödəniş üsullarına üstünlük verməsi olmalıdır.

Onun sözlərinə görə, problemin nəticəsi ilə deyil, səbəbi ilə mübarizə aparmaq lazımdır:

“Bu gün əsas sual “kartdan-karta köçürmələrə necə limit qoyaq?” yox, “sahibkar niyə vergidən yayınmağa çalışır?” olmalıdır. Problemi yaradan səbəblər aradan qaldırılmadıqca bazar həmişə yeni çıxış yolları tapacaq”.

Ekspert hesab edir ki, dövlət ilk növbədə sahibkarların POS-terminaldan niyə istifadə etmək istəmədiyini və vətəndaşlardan niyə şəxsi kart hesabına ödəniş etmələrini xahiş etdiyini araşdırmalıdır.

A. İbrahimov bildirib ki, bunun əsas səbəbləri vergi inzibatçılığı, bank xidmətlərinin yüksək xərcləri, rəqabət mühiti və nəzarət mexanizmlərindəki boşluqlardır.

Onun fikrincə, POS-terminal əməliyyatları üzrə komissiyalar və elektron ödənişlərlə bağlı əlavə xərclər xüsusilə mikro və kiçik sahibkarlar üçün maliyyə yükü yaradır. Bu isə bəzi sahibkarları qeyri-rəsmi ödəniş üsullarına yönəldir.

Ekspert vurğulayıb ki, kartdan-karta köçürmələrə limit tətbiqi problemi tam həll etməyəcək:

“Bu gün kartdan-karta köçürmələr məhdudlaşdırılacaq, sabah nağd hesablaşmalar artacaq, sonra isə bazar başqa qeyri-rəsmi mexanizmlər tapacaq. Problem həll olunmayacaq, sadəcə formasını dəyişəcək.”

Onun sözlərinə görə, uzunmüddətli həll üçün POS-terminaldan istifadəyə nəzarət gücləndirilməli, elektron ödənişlərin maya dəyəri və sahibkarların inzibati yükü azaldılmalı, vergi siyasəti isə qanuni fəaliyyət göstərməyi daha sərfəli etməlidir.

Vüsalə Hüseynova,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Avqust 2026 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri