Icma.az
close
up
RU
Kartlar indi Zelenskinin əlində: Ukrayna Rusiyaya hücuma hazırlaşır? ŞƏRH

Kartlar indi Zelenskinin əlində: Ukrayna Rusiyaya hücuma hazırlaşır? ŞƏRH

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya-Ukrayna müharibəsində strateji vəziyyət dəyişmək üzrədir. Qərbdə artan dəstək, xüsusilə də ABŞ-dan gələn açıq mesajlar Kiyevin imkanlarını genişləndirir. Ukrayna artıq yalnız müdafiədə deyil, hücumda da təşəbbüsü ələ almağa yaxın görünür.
Son günlərdə səsləndirilən bəyanatlar, xüsusilə də NATO hava məkanına ediləcək istənilən pozuntuya sərt cavab veriləcəyi və Rusiyanın arxa cəbhəsinə zərbə endirilməsinin legitim hesab olunması, geopolitik mənzərədə yeni səhifə açır.
Zelenskinin əlində indi həm siyasi dəstək, həm də yüksək texnologiyalı silahlarla təsdiqlənmiş hərbi güc var. Gözlər indi Kremlin reaksiyasındadır: oyunun qaydaları dəyişir.

Maraqlıdır görəsən, Trampın dəstəyini alan Zelenski Rusiyanın dərinliklərinə hərbi hücuma keçə bilərmi? Ümumiyyətlə, Ukrayna rəhbərliyi bu mərhələdə hansı addımları ata bilər? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Rusiya–Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur. Bu kontekstdə Donald Trampın Rusiyaya qarşı mövqeyində dəyişikliklərin şahidi oluruq. Zelenski ilə görüşdə o, Moskvanın vurulmasının mümkünlüyündən də danışdı — hətta qeyd etdi ki, əgər Rusiya qırıcıları NATO hava məkanını pozarsa, vurulacaqlar.

Eyni zamanda, ABŞ Ukraynaya bir milyard və başqa iki milyard dollarlıq yardım paketləri ayırdı. Bu paketin əsasən Ukraynanın Donbas istiqamətində Rusiyanın hücumlarına qarşı müdafiəsinə və lazım gəlsə Rusiyanın hədəflərinə zərbələr endirilməsinə istiqamətlənəcəyi anlaşılır. Zelenski hətta Kreml rəhbərliyinə də birbaşa xəbərdarlıq edib və onları sığınacaqlara üz tutmağa çağırdı. Görünür ki, Ukraynanın əlində ciddi “kartlar” var: yaxşı hazırlanan silahlar və Qərbin verdiyi dəstək onun daha sərbəst, müstəqil mövqe tutmasına şərait yaradır.

Ukrayna Moskvadakı infrastruktur obyektlərini hədəf ala, hətta siyasi idarəetmə mərkəzlərinə PUA (pilotsuz uçuş aparatları) hücumları həyata keçirə bilər. Həmçinin “Framinqo”, “Neptun”, “Tayfun” kimi raketlər artıq Ukraynaya verildiyi üçün, onların istifadə olunma ehtimalı var. Bu, ABŞ və bəzi Avropa ölkələrinin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmaq üçün müəyyən imtiyazlar verdiyini göstərir.

Putini danışıqlar masasına gətirmək və ona təzyiq göstərmək məqsədilə hərbi təzyiq yolunun seçildiyi müşahidə olunur — çünki diplomatik vasitələrin bu məsələdə gözlənilən nəticəni vermədiyi düşünülür. İlin sonuna qədər ABŞ prezidentinin Putini danışıqlar masasına oturtmaq üçün hərbi və siyasi təzyiq strategiyasından istifadə etməsi gözlənilə bilər.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Sentyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri