Icma.az
close
up
RU
“Karvan”ın futbolçusu: “Daha əvvəl də Azərbaycanda oynamaq imkanım olmuşdu”

“Karvan”ın futbolçusu: “Daha əvvəl də Azərbaycanda oynamaq imkanım olmuşdu”

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Karvan”ın futbolçusu Qavi Tompson Apasport.az saytına müsahibə verib.

- "Karvan-Yevlax" son turda "Kəpəz"lə matçda qələbə qazandı. Həmin oyundakı qalibiyyəti necə şərh edərdin? İlk turda "Qəbələ" ilə heç-heçə oynadınız, ikinci turda qalib gəldiniz. Bu cür performansı özünüzdən gözləyirdiz? 
- Bəli, bizim üçün yaxşı oyun oldu. “Kəpəz” də yeni kompleksli klubdur. Amma biz onlardan daha çox bu oyunda qalib gəlmək istəyirdik. “Qəbələ” də 1-ci diviziona qayıtdıqdan sonra ilk ilində yaxşı komanda olduğunu göstərdi. Növbəti oyunlar üçün mübarizə aparmalı və yaxşı nəticələr əldə etməliyik.

- Növbəti turda rəqibiniz “Qarabağ”dır. Bu komanda Azərbaycanda hegemonluq edir. Onlara qarşı matç sizin üçün təhlükəlidirmi?
– Təhlükəli deyil, maraqlı oyundur (gülür). Sadəcə çox məşq edib, həm yaxşı futbol, həm də nəticə üçün oynamalıyıq. Eyni zamanda, “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu oyunları Azərbaycanda izləmək çox maraqlı olacaq.

- Ümumiyyətlə, səncə, "Karvan" hansı nəticəni göstərə bilər? Komanda avrokuboklar uğrunda mübarizəyə qoşula bilər?
- İndi nəsə demək çox çətindir. Çünki cəmi 2 oyun oynanılıb. Qışdan sonra bunu müzakirə edə bilərik. Əsas məqsədimiz yaxşı futbol oynamaq və yaxşı nəticə göstərməkdir.

- Hazırda Yevlaxda yaşayırsınız?
- Bəli mən Yevlaxda yerləşən kampusdayam.

- "Karvan" ev oyunlarını Yevlaxda keçirir. Sadəcə stadionun ot örtüyü hazır deyildi deyə, Şamaxıda oynayırdınız. Yevlaxda oynayacağınız ev matçlarını səbirsizliklə gözləyirsiz?
- Əmin olun ki, 12-ci oyunçu stadionumuzda bizimlə olacaq. Bu da komandamız üçün böyük dəstək deməkdir. Evdə, azarkeşlərimizin qarşısında keçirəcəyimiz oyunu səbirsizliklə gözləyirik.

- Əvvəllər Azərbaycanda oynamış futbolçular arasında dostunuz, tanışınız var? 
- Bəli, var. “Turan Tovuz”da çıxış edən Aleks Souza ilə Litvanın “Hegelman” klubunda birlikdə oynamışıq. “Karvan”dakı komanda yoldaşım Kayl Spenslə də Litva klubunda oynamışıq. 

- Azərbaycan Premyer Liqasında iki oyun keçirmisən. Çempionatın səviyyəsi haqda fikrin necədir?
- Azərbaycan Premyer Liqasının səviyyəsi yaxşıdır. Əslində, mənim lap əvvəllər də Azərbaycana gəlmək, burada legioner həyatı yaşamaq üçün imkanlarım olub. Amma biz bunu elə bu mövsüm etdik. Komandalar tam hazır olduqdan sonra zamanla liqa daha da maraqlı hal alacaq.

“Kəpəz” keçmiş futbolçusunu geri qaytarıb - RƏSMİ AFFA azyaşlıları futbol inventarları ilə təmin edib - FOTO “Şamaxı” “Sumqayıt” səfərindən bir xalla qayıdır - YENİLƏNİB Cüdo millimizdə qalmaqal: “Zelim Kotsoyevin qardaşıdır deyə, məni qovdular” U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Avqust 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri