Karyera uğurlarından sonra yaranan boşluğun səbəbi nədir? Psixoloq
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Karyera yüksəlişi, maaşın artması və həmkarların tanınması gözlənilən məmnuniyyəti gətirməyə, əksinə, boşluq və həyatın mənasını itirmə hissinə səbəb ola bilər. Bir çox insan belə vəziyyətlə əvvəlki motivasiya sisteminin artıq işləməməsi səbəbindən qarşılaşır.
Qaynarinfo xəvər verir ki, bu barədə "İzvestiya" qəzetinə psixoloq və art-direktor Tatyana Smirnova danışıb.
Mütəxəssis bildirib ki, insan uzun müddət ərzində tanınmaq, gəlirini artırmaq və ya öz biznesini qurmaq kimi müəyyən zirvələrə çatmağa çalışır. Lakin arzulanan məqsədə nail olduqdan sonra insan çaşqınlıq və daxili boşluq hissi ilə üzləşə bilər.
Psixoloqun sözlərinə görə, belə vəziyyətin səbəblərindən biri əldə edilən nəticələrlə gözləntilər arasındakı fərqdir. İnsan şüuraltı olaraq karyera məqsədinin digər şəxsi problemlərinin həlli olacağını düşünə bilər. Lakin real nəticələr daxili ehtiyacları qarşılamaya bilər.
Mənanın itirilməsinin digər səbəbi həyatın əvvəlki strukturunun yox olmasıdır. İnsan məqsədinə doğru irəlilədiyi müddətdə qarşısında konkret tapşırıqlar, müddətlər və davamlı irəliləyiş hissi olur. Nəticə əldə edildikdən sonra isə bu məna sistemi yox olur, yenisi isə hələ formalaşmağa macal tapmır.
Bundan başqa, ekspert qeyd edib ki, karyera məqsədi şəxsin öz istəyindən deyil, ailənin, cəmiyyətin və ya peşəkar mühitin təsirindən formalaşa bilər. İnsan arzuladığı statusu əldə etdikdən sonra başqasının müəyyən etdiyi ssenari üzrə hərəkət etdiyini dərk edə bilər.
Psixoloq əlavə edib ki, əhəmiyyətli uğurlardan sonra emosional və fiziki tükənmə də yarana bilər. Məqsədə doğru hərəkət zamanı insanı səfərbərlik vəziyyəti dəstəkləyir, nəticədə isə yığılıb qalmış yorğunluq daha aydın hiss olunur.
"Növbəti mərhələyə çatdıqdan sonra özünüzə “Daha nəyə nail olmaq istəyirəm?” sualını deyil, daha dərin olan “Nə üçün yaşamaq istəyirəm və karyera uğurlarını nəzərə almasaq, məndən sonra nə qalacaq?” sualını vermək faydalıdır. Dolğunluq hissi nadir hallarda yalnız bir dayağa söykənir", deyə o bildirib.
Smirnova vurğulayıb ki, həyatın mənasını münasibətlər, yaradıcılıq, şəxsi inkişaf, həyata maraq və ətrafdakılara töhfə vermək də təmin edə bilər.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 27 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















