Oleşkidə atəşkəsdən sonra 2 nəfər həlak olub
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya və Ukrayna arasında humanitar atəşkəs elan edildikdən sonra Xerson vilayətinin Oleşki şəhərində 2 nəfər həlak olub.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova açıqlayıb.
O, həmin şəxslərin humanitar missiyanın keçidi üçün ərazinin minalardan təmizlənməsi zamanı mina partlaması nəticəsində həlak olduqlarını bildirib.
Lantratova həmçinin hazırda bütün təhlükəsizlik tədbirlərinin təmin edildiyini vurğulayıb.
Xatırladaq ki, Rusiya və Ukrayna oktyabrın 23-də Xerson vilayətinin Oleşki şəhərində lokal atəşkəslə bağlı razılığa gəliblər. Atəşkəs haqqında razılıq ABŞ-nin birinci xanımı Melaniya Trampın iştirakı ilə əldə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















