Icma.az
close
up
RU
Öldürülən insanın cəsədinə qarşı vəhşiliyin səbəbi nədir? Psixoloq şərhi

Öldürülən insanın cəsədinə qarşı vəhşiliyin səbəbi nədir? Psixoloq şərhi

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Son illər ölkədə baş verən qətl hadisələrinin sayı çoxalmaqdadır. Cinayətkar yaxın adamını qətlə yetirməklə kifayətlənmir. Öldürdükdən sonra meyiti hissələrə bölüb, avtomobillə uzaq məsafəyə aparır. Orada ya meyiti basdırır, ya da çaya atıb, heç nə olmamış kimi evə dönüb həyatlarına davam edirlər. Bu cür hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının məlumatlarını oxuyanlar dəhşətə gəlir, sanki film izləyir. 

Sonda düşünürsən, bu dəhşətli cinayəti doğrudanmı insan törədib? İnsan doğmasını, dostunu öldürdükdən sonra yenidən onu hissələrə bölmək kimi dəhşətli hisslərin kökündə əslində nə dayanır?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qəsdən adam öldürüb meyiti hissələrə ayırmaq kriminologiyada ən ağır və nadir rast gəlinən cinayət kateqoriyasına daxildir:

"Bu, sadəcə fiziki zorakılıq aktı deyil, həm də dərin psixoloji, sosial və bəzən mədəni səbəblərlə bağlıdır. Cinayətkarların bu üsula əl atmasının əsas səbəbləri bir neçə istiqamətdə izah olunur. Ən çox rast gəlinən səbəb kimi cinayəti gizlətmək göstərilir. Cinayətkar (yaxud cinayətkarlar) meyiti hissələrə ayıraraq kimliyi müəyyənləşdirmə prosesini çətinləşdirməyə, izləri gizlətməyə çalışır. Bu, xüsusən qurbanla eyni məkanda yaşayan və yaxından tanıyan şəxslərdə müşahidə olunur. Daha bir səbəb kimi empatiya çatışmazlığı və şəxsiyyət pozuntuları göstərilir. Antisosial şəxsiyyət pozuntusu, psixopatiya və ağır davranış pozuntuları olan şəxslərdə insan həyatının dəyəri haqqında anlayış kəskin şəkildə zəif olur. Bu da qəddarlığın emosional məhdudiyyət olmadan həyata keçirilməsinə gətirib çıxarır”.


Elnur Rüstəmov başqa bir səbəb kimi planlı və maddi maraq güdən hərəkətlərin qeyd olunduğunu vurğulayıb:

"Tamah niyyəti ilə törədilən qətllərdə bəzən cinayətin izini tamamilə itirmək məqsədilə bu cür üsullar seçilir. Buraya biz keçmiş travmalar və kriminal təcrübəni də daxil edə bilərik. Uşaqlıqda və ya gənclikdə zorakılığa məruz qalmaq, kriminal mühitdə böyümək və ya zorakı davranışların "normal” kimi qəbul edildiyi ailə mühitində formalaşmaq belə davranışlara zəmin yarada bilər”.

Elnur Rüstəmov əlavə edib ki, beynəlxalq kriminoloji tədqiqatlara əsasən, Azərbaycanda bu tip ekstremal qəddarlıqla müşayiət olunan qətllər bir çox ölkələrlə müqayisədə çox azdır:

"Statistik göstəricilər baxımından belə cinayətlər Azərbaycanda nadir hallarda baş verir. Bunun səbəbləri isə güclü ailə və qohum münasibətləri, dini və mədəni dəyərlərin insan həyatına verdiyi yüksək önəm, cəmiyyətin zorakı davranışlara qarşı mənəvi qınaq mexanizmlərinin güclü olması göstərilir. Lakin bu heç də məsələnin ciddiliyini azaltmır. Söhbət bir insanın həyatından, onun ailəsinin və yaxınlarının yaşadığı böyük faciədən, cəmiyyətin psixoloji sarsıntısından gedir. Az olsa da, hər bir belə hadisə həm hüquqi, həm də psixoloji müstəvidə dərindən araşdırılmalıdır”.

Psixoloq hesab edir ki, burada əsas diqqət edəcəyimiz məqam proflaktik tədbirlərin görülməsidir:

"Belə ki, psixoloji yardım xidmətlərinin əlçatanlığının artırılması, ailədaxili münaqişələrin erkən mərhələdə həllinə dəstək, ictimai maarifləndirmə və zorakılığa qarşı mədəni qınağın gücləndirilməsi, sosial-iqtisadi risk faktorlarının azaldılması vacib məqamlardandır. Qeyd etdiyim kimi, belə cinayətlər Azərbaycanda geniş yayılmasa da, hər bir fakt cəmiyyət üçün mühüm siqnaldır”.

Psixoloq bildirib ki, bu halların kökündə dayanan psixoloji, sosial və hüquqi səbəblərin kompleks şəkildə araşdırılması, gələcəkdə qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi vacib məqamdır. 

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Avqust 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri