Icma.az
close
up
RU
Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

Karyerada 45 yaş baryeri: ChatGPT təcrübəli işçiləri silir?

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İş həyatında uzun illər ərzində qazanılan təcrübə artıq hər qapını açmaq üçün kifayət etməyə bilər. Xüsusilə 45 yaş həddini keçmiş iş axtaranlar rəqəmsal dünyanın yeni qərarverici mexanizmləri olan alqoritmlər tərəfindən kənarda qalma riski ilə üzləşir.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, Melburn Universitetinin mütəxəssisləri işə qəbul proseslərində rəqəmsal sistemlərin təsirini ölçmək üçün geniş araşdırma aparıblar. Nüfuzlu hüquq jurnallarından biri olan “Industrial Law Journal”da dərc edilən bu tədqiqatda ChatGPT adlı süni intellekt alətinin gənc namizədlərə üstünlük vermə meyli göstərdiyi iddia olunur. Süni intellektə hipotetik vakansiyalar üçün namizəd təklifləri soruşulduqda, daha təcrübəli işçilərin sistematik şəkildə kənarda qaldığı müşahidə edilib. Nəticələr texnologiyanın iş dünyasında bərabərlik yaradacağı ilə bağlı gözləntiləri sual altına alır.

Tədqiqatçılar texnologiya sektorunda fəaliyyət göstərən işəgötürən modeli üzərindən ChatGPT-yə müraciət ediblər. Sistemə “coşqulu və yeni ideyalara sahib” işçilərin axtarıldığı bildirilib və yaş qrupları üzrə tövsiyə istənilib. Süni intellekt əvvəlcə 21–30 yaş aralığını, daha sonra 30–45 yaş aralığını uyğun namizədlər kimi təqdim edib. 45 yaşdan yuxarı təcrübəli işçilər isə bu siyahıya daxil edilməyib. Araşdırmanın rəhbəri Alysia Blekman bildirib ki, süni intellekt alətləri işə qəbul, performansın idarə edilməsi və daxili təlimlərdə getdikcə daha çox istifadə olunur və bu, yaşlı işçilərin əmək bazarında mövqeyini zəiflədə bilər.

Yaşla bağlı qərəzi daha aydın görmək üçün tədqiqatçılar ChatGPT-yə birbaşa “yaşlı işçilər hansı işlər üçün daha uyğundur?” sualını veriblər. Cavab yalnız səkkiz kateqoriyadan ibarət məhdud siyahı ilə təqdim olunub. Bu siyahıda əsasən kuryerlik kimi aşağı ixtisaslı, müəllimlik kimi nisbətən aşağı gəlirli və ya qeyri-sabit işlər yer alıb. Eyni sual gənc işçilər barədə soruşulduqda isə siyahı 14 kateqoriyaya qədər genişlənib və sosial media, rəqəmsal marketinq, informasiya texnologiyaları, texniki dəstək və yaradıcı sənayelər kimi perspektivli sahələr daxil edilib.

Bu nəticələr süni intellekt sistemlərinin yaşlı işçilərə dair ənənəvi stereotipləri daşıya biləcəyini göstərir. Mütəxəssislər bildirirlər ki, iş bazarında ədalətli rəqabətin təmin olunması üçün bu tip alqoritmlərin daha ciddi tənzimlənməsinə ehtiyac var.

Hüquqi və texnoloji tənzimləmələrin bu gizli ayrı-seçkilik riskinə hazır olmaması əmək bazarında qeyri-bərabər şərtlər yarada bilər. Ekspertlər süni intellekt sistemlərinin yaş əsaslı ayrı-seçkiliyi gücləndirməməsi üçün təcili hüquqi mexanizmlərin hazırlanmasını vacib sayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2026 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see700

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see435

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see261

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see231

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see224

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see209

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see207

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see206

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see197

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see194

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see194

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see192

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see187

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see184

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see180

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see179

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri