Icma.az
close
up
RU
Karyerasını bitirən güləş hakimi: “Qızıl fit” mükafatını alanda sanki Olimpiya çempionu olmuşdum MÜSAHİBƏ AZƏRTAC

Karyerasını bitirən güləş hakimi: “Qızıl fit” mükafatını alanda sanki Olimpiya çempionu olmuşdum MÜSAHİBƏ AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 dekabr, AZƏRTAC

İki gün öncə karyerasını başa vuran Azərbaycanın tanınmış güləş hakimi Hicran Şərifov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Ötən gün 25 illik hakimlik karyeranızı bitirdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...

- Əlbəttə ki, mən bu 25 ili sevinclə xatırlayacağam. Çünki bu illər ərzində xalqıma, Prezident İlham Əliyevə və Azərbaycan idmanına xidmət etmişəm. Ədalətli hakimlik etmək üçün çalışırdım. Çünki mən Azərbaycanı təmsil edirəm. Hər dəfə yüksək kateqoriya əldə edəndə sevincimin həddi hüdudu olmurdu. Sanki dünya və ya Olimpiya çempionu olurdum. Həmişə öz üzərimdə işləmişəm. Hər zaman ən yaxşısı olmağa çalışırdım.

- Yaxşı güləş hakimi olmaq üçün ilk növbədə nələrə diqqət yetirmək lazımdır?

- Qərəzli hakim olmağı heç vaxt arzulamamışam. Mənim üçün ilk növbədə ədalətli olmaqdır. Heç vaxt yalnız özümü düşünməmişəm. Beynəlxalq aləmdə də belədir. Referi təkcə özünü düşünməməlidir. Məşqlərdən də heç vaxt yayınmırdım. Formada olmaq üçün yediyim qidalara fikir verirdim. Bir sözlə, mən hakimlik üçün yaşayırdım. Bunları dünyada sayılıb-seçilən hakim olmaq üçün edirdim. Şükürlər olsun ki, bu mənə qismət oldu. Bir neçə dəfə yarışların ən yaxşı hakimi tituluna sahib çıxdım. Ölkə üzrə də ən yaxşısı oldum. Nəhayət, "London-2012" Yay Olimpiya Oyunlarında ən yaxşı hakim seçildim.

- "London-2012" Yay Olimpiya Oyunlarında ən yaxşı hakim seçildiyinizi vurğuladınız. Həmin anları necə xatırlayırsınız?

- Mən həmin an elə hiss etdim ki, sanki qızıl medal qazandım. Bu, olduqca əlçatmaz, böyük əziyyət və zəhmət hesabına əldə olunan uğurdur. Hər kəs məni təbrik etmişdi. Təqdimat zamanı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də orada idilər. Hətta Ç.Hüseynzadə Prezident İlham Əliyevə zəng edərək, artıq ilk qızıl medalımızı qazandığımızı demişdi. Sevincimdən yerə-göyə sığmırdım. Həmin an dövlətimizin başçısı yarışların başlayıb-başlamadığını soruşdu. Çingiz Hüseynzadə isə cavabında dedi ki, yarışlardan öncə hakimlərin təqdimat mərasimi oldu və Hicran Şərifov ən yaxşı seçildi. Prezident bu münasibətlə məni təbrik etdi və “Şöhrət” ordeni ilə mükafatlandırdı. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya həmişə məni diqqətdə saxlayıblar, qayğılarını əsirgəməyiblər. Mən də ildən-ilə daha artığını etmişəm. Bu 25 ildə bütün tələblərə uyğun keyfiyyətli hakim olmağa çalışmışam. Fikirləşirdim ki, bir nömrə olmalıyam. Şükürlər olsun ki, Allah bunu mənə qismət etdi. Artıq bundan sonrakı fəaliyyətimdə idmanın nəzəriyyəsinə xidmət edəcəyəm. Azərbaycan İdman Akademiyasının baş müəllimiyəm. Bu sahədə ali elmi dərəcəm var. Tələbələrimizi hazırlayıram. Əvvəl sadəcə güləşə xidmət edirdimsə, indi bütün idman növlərinə xidmət edirəm. Nə qədər ki, özümdə güc hiss edirəm, ömrümü idmana, dövlətimə, xalqıma, təhsilə həsr edəcəyəm.

- Neçə müddətdir Azərbaycan İdman Akademiyasında işləyirsiniz?

- Artıq 3 ildir burada işləyirəm.

- “Qızıl fit” mükafatı verilərkən, hansı kriteriyalar nəzərə alınır?

- Ümumiyyətlə, bütün yarışlardan öncə hakimlər üçün kiçik bir seminar keçirilir. “Qızıl fit”i mənə yalnız bir epizoda görə vermədilər. Güləş aləmində belə deyil. Bunu əldə edə bilmək üçün ilk növbədə, dünya və Avropa çempionatlarında, lisenziya xarakterli turnirlərdə özünü doğrultmalısan. Baxırlar ki, sən inkişaf edirsən və qüsursuz hakimlik nümayiş etdirirsən. Beləliklə də, sonda nəticə çıxarılır. Təbii ki, burada yalnız bir nəfərin qərarı nəzərə alınmır. Bu, bizim istəyimizlə əldə olunan bir şey də deyil. Bu məsələyə birbaşa Dünya Güləş Birliyi nəzarət edir. Hansı hakim bu titula daha çox layiqdirsə, onu seçirlər. Buna layiq olmaq üçün səhvsiz, işində peşəkar və qətiyyətli olmalısan. Ən yaxşı hakim məhz bu kateqoriyalara əsasən seçilir.

- İdarə etdiyiniz görüşlər arasında sizin üçün ən unudulmazı hansı idi?

- İranda keçirilmiş beynəlxalq turnirdə 3-cü kateqoriyaya sahib gənc, istedadlı hakim idim. Artıq qərar verilmişdi ki, ağır görüşlər zamanı Azərbaycandan məni hakim təyin etsinlər. Orada amerikalı və iranlı Olimpiya çempionları üz-üzə gəlirdilər. Bu idmançıların final qarşılaşması mənim üçün unudulmaz olmuşdu.

- Karyeranız ərzində məyusedici məqam hansı olub?

- Bir az çətin sual oldu. Mən bütün görüşləri izləyirdim. Keçmiş sərbəst güləşçimiz Namiq Sevdimov “Pekin-2008” Yay Olimpiya Oyunlarında 5-ci oldu. Əslində, o, qızıl medala layiq idi. Sadəcə, özündən zəif rəqibə uduzaraq, bürünc medal şansını itirdi. Finala çıxsaydı, amerikalı idmançını məğlub edəcəkdi. Bu məqam məni məyus edir. Lakin hakim kimi üzüldüyüm hadisə olmayıb.

- Yarışlardan xatirə saxladığınız əşyalar varmı?

- Deməli, "London-2012" Yay Olimpiya Oyunlarında mənə təqdim olunan “qızıl fit”i tarix Milli Azərbaycan Tarix Muzeyinə bağışladım. Hətta həmin fitlə bir görüş də idarə etmişdim. Bir də İngiltərə paytaxtında təşkil olunmuş yarışdan öncə verilən digər fiti isə Azərbaycanın istedadlı fotoqraflarından birinə vermişəm. Geyim isə hazırda özümdə qalır. Tarix Muzeyindən formamı istəslər də, hələlik bu barədə konkret qərara gəlməmişəm.

- Özünü üçün ideal hesab etdiyiniz hakimlər olub?

- Türkiyədən İbrahim Cicioğlunu çox bəyənirdim. Yerlilərdən isə mərhum Oqtay Hüseynovu qeyd edərdim. Onun verdiyi qərarlar heç vaxt müzakirəyə çıxarılmırdı.

- Azərbaycan güləş hakimliyinin hazırkı durumu barədə nə deyə bilərsiniz?

- Hazırda Azərbaycan Güləş Federasiyası bununla bağlı əlindən gələni edir. Artıq yeni gənc hakimlər yetişdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see210

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see153

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri