Icma.az
close
up
RU
“Kasetli silahlara dair” Konvensiyaya üzv dövlətlərin 3 cü İcmal Konfransı keçirilib

“Kasetli silahlara dair” Konvensiyaya üzv dövlətlərin 3 cü İcmal Konfransı keçirilib

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin məlumatı
14-18 sentyabr 2026-cı il tarixlərdə dünyada kasetli silahlardan ən çox təsirlənən ölkə olan Laos Xalq Demokratik Respublikasının Vientiane şəhərində “Kasetli silahlara dair” Konvensiyaya üzv dövlətlərin 3-cü İcmal Konfransı keçirildi. Hazırda 112 ölkə bu konvensiyanın üzvüdür, 12 ölkə isə hələki ratifikasiya prosesini başa çatdırmayıb. Konfrans çərçivəsində “Kasetli silahlara qarşı Koalisiya” təşkilatının Cluster Munition Monitor 2026 hesabatı ictimaiyyətə təqdim edilib. Cluster Munition Monitor 2026-da bildirilir ki, hesabat dövründə kasetli sursatlar ən azı 1063 nəfərin ölümünə və yaralanmasına səbəb olub ki, bu da indiyə qədər qeydə alınan ən yüksək illik göstəricilərdən biridir. Mülki şəxslər insan itkisinə məruz qalmağa davam edərək itkilərin 87%-ni təşkil ediblər. Konvensiyaya qoşulduqdan sonra heç bir üzv dövlət tərəfindən kasetli silahların istifadəsi, istehsalı və ya ötürülməsi qeydə alınmayıb. Digər böyük nailiyyət isə 42 üzv dövlət elan edilmiş bütün ehtiyatlarını məhv edib. Ümumilikdə 1,49 milyon kasetli silah və 179 milyon subsursat məhv ediilb.
Konfransda “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin “Qurbanlara yardım və gənclərlə iş departamentinin rəhbəri, ANAMA yanında İctimai Şuranın üzvü Roza Səfixanlı da iştirak edir. Konfrans çərçivəsində keçirilən görüşlərdə bildirilmişdir ki, Azərbaycan dünyada kasetli silahlardan zərər çəkən, müharibənin mirası ilə təqib olunan az saylı ölkələrdən biridir. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan kasetli silahlarla çirklənmiş ölkələrdəndir. Azərbaycanın qarşılaşdığı kasetli silah və mina problemlərinin yaranma səbəbləri, hazırda ölkədə aparılan mina təmizləmə fəaliyyəti, kasetli silah və mina qurbanları ilə iş və əhalinin maarifləndirilməsi tədbirləri barədə məlumat verilib. Ölkədəki kasetli silahlar probleminin miqyası, kasetli sursatların növləri, bu sursatların infrastruktur layihələrinin həyata keçirilməsinə təsirinin öyrənilməsi, kasetli sursatlardan qurban olmuş şəxslərin müəyyən edilməsi və onların hansı şəraitdə qurbana çevrilməsinin öyrənilməsi barədə həyata keçirilmiş fəaliyyət barədə məlumatlar verilmişdir.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Bərdə, Füzuli, Goranboy, Beyləqan, Ağdam, Tərtər, Yevlax, Kəlbəcər, Qəbələ və Şuşa rayonlarından, Bakı, Gəncə və Mingəcevir şəhərlərindən olan 233 mülki şəxsi kasetli silah qurbanı kimi qeydə almışdır. Kasetli silahla baş verən hadisə anında 8-i uşaq (5 qız, 3 oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub, 34-ü uşaq (18 qız, 16 oğlan), 47-i qadın olmaqla 182 nəfər yaralanıb. Hadisə anında ən kiçik zərərçəkən 5 yaşında, ən yaşlı şəxs isə 78 yaşında olmuşdur. 12 nəfər isə Vətən müharibəsindən sonra kasetli silah qurbanı olub.
"Kasetli silah qurbanları" kasetli silahların tətbiq edilməsi nəticəsində öldürülən və ya cismani zədə alan, yaxud psixi sarsıntıya məruz qalan, iqtisadi zərərə düşən, sosial cəhətdən təcrid olunmuş və ya öz hüquqlarını reallaşdırmaqda əhəmiyyətli dərəcədə əziyyət çəkən bütün şəxslər nəzərdə tutulur. Bunlara kasetli silahların birbaşa təsirinə məruz qalanlar, ailə üzvləri və yaşadıqları icmalar daxildir.
Kasetli silahların qurbanları ilə əlaqədar verilmiş bu məlumatlar yekun statistika sayılmamalıdır. Bu statistika məhdud zaman çərçivəsində əldə edilmişdir, yekun statistikanı əldə etmək üçün daha çox vaxta və maliyyəyə ehtiyac vardır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Sentyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see668

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see559

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see317

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see314

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see286

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see283

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see271

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see271

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see248

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see244

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see240

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see239

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see238

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see237

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see232

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see232

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see227

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see211

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri