Icma.az
close
up
RU
Azərbaycana qarşı istifadə olunan kasetli silahlara dair hesabat hazırlanır

Azərbaycana qarşı istifadə olunan kasetli silahlara dair hesabat hazırlanır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 2 iyun, AZƏRTAC

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” adlı layihənin icrasına başlayır.

Birlikdən AZƏRTAC-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycanda ilk dəfə olaraq kasetli silahlar problemi barədə təhqiqatın aparılması və hesabatın hazırlanmasıdır: “Məlumdur ki, bütün döyüş əməliyyatları Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisində aparılıb. Birinci Qarabağ müharibəsi, 2016-cı il Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı kasetli silahlardan istifadə olunub. Lakin bu silahların hansı növlərinin istifadəsi, çirklənmə səviyyəsi, qurbanların sayı barədə heç bir məlumat yoxdur”, - deyə məlumatda bildirilb.

Qeyd olunub ki, ölkə və beynəlxalq ictimaiyyət üçün ilk dəfə olaraq iki dildə (Azərbaycan və ingilis) hazırlanacaq hesabatda Azərbaycan ərazilərində kasetli silahlardan istifadə olunması nəticəsində çirklənmə səviyyəsi, kasetli silah qurbanlarının müəyyən edilməsi, ölkəmizdə bu silahın yaratdığı fəsadlara qarşı aparılan mübarizənin göstərilməsini əks etdirən məlumatlar yer alacaq.

Hesabat 2025-ci ilin sentyabr ayında Cenevrə şəhərində keçiriləcək “Kasetli silahlara dair” BMT Konvensiyasına üzv dövlətlərin 13-cü illik konfransı zamanı donor ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinə, 1997-ci ildə Nobel sülh mükafatını almış “Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya - Kasetli Silahlara qarşı Koalisiya” təşkilatının rəhbərlərinə və onun əməkdaşlıq etdiyi QHT-lərə təqdim olunacaq. Bundan başqa, hesabat dünyada kasetli silahlara qarşı aparılan fəaliyyətə dair mövcud olan “Cluster Munitions Report” və “Mine Action Review” layihələrinin redaksiya heyətlərinə də veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri