Icma.az
close
up
RU
Vyanada neytral dövlətlərin konfransı

Vyanada neytral dövlətlərin konfransı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Vyana Diplomatiya Akademiyasında “Beynəlxalq sülh və təhlükəsizlikdə neytral və bloklara qoşulmayan dövlətlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center), Müharibə nəticələrinin araşdırılması üzrə Lüdviq Boltsmann İnstitutu və Vyana Diplomatiya Akademiyasının birgə təşkil etdiyi konfransda neytral və bloklara qoşulmayan dövlətlərin, xüsusilə də Azərbaycan və Avstriyanın siyasəti, onların təhlükəsizlik təminatçısı kimi rolu və sülhə, sabitliyə, həmçinin mövcud və yeni yaranan transmilli çağırışların həllinə verdikləri töhfələri müzakirə olunub.

Vyana Diplomatiya Akademiyasının direktor müavini Martina Şubert və Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli konfransa açılış nitqi ilə çıxış ediblər.

Diqqətə çatdırılıb ki, bu il Azərbaycanın Konstitusiyasının qəbulunun 30 illiyi və Avstriyanın əbədi neytrallığının elan olunduğu Dövlət Müqaviləsinin 70 illiyi qeyd edilir. Avstriya 1955-ci ildə neytrallığını elan edərək, hərbi ittifaqlara qoşulmamaq qərarı verib. Azərbaycan isə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra heç bir siyasi-hərbi bloka qoşulmadan bütün ölkələrlə dost münasibətlər qurmağa çalışan çoxşaxəli xarici siyasət yürüdüb. Azərbaycanın “Qoşulmayan” statusu beynəlxalq səviyyədə tanınıb və ölkə 2011-ci ilin may ayında Qoşulmama Hərəkatının tamhüquqlu üzvünə çevrilib.

Konfransın sessiyalarında BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun baş məsləhətçiləri Frants Tsede və Martin Saydik, hərbi tarixçi Ervin Şmidl, Ludviq Boltsmann İnstitutunun təmsilçisi Anna Qraf-Ştayner, Vyana Universitetinin müəllimi Ralf Yanik, Strateji Analizlər üzrə Mərkəzin prezidenti Valter Fayxtinqer və digər məruzəçilər çıxış ediblər.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, 2011-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına qoşulması ölkəmizin “Bandunq Prinsipləri”nə sadiqliyini nümayiş etdirib. Bu siyasi xətt hazırda da davam etdirilir və Azərbaycan regional əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərə, xüsusilə Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xüsusi önəm verir. Onun sözlərinə görə, “soyuq müharibə”dən sonra Azərbaycan müxtəlif istiqamətlərdə - həm Müstəqil Dövlətlər Birliyi (MDB), həm də Avrointeqrasiya çərçivəsində əməkdaşlıq imkanlarını dəyərləndirsə də, mövcud geosiyasi vəziyyət ölkəmizi balanslaşdırılmış və praqmatik xarici siyasət xətti yürütməyə səbəb olub.

"2019-2023-cü illərdə Hərəkata sədrliyimiz dövründə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, pandemiya dövründə ədalətli vaksin bölgüsünün təşviqi, eləcə də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılması kimi vacib təşəbbüslərlə çıxış edib.

Çıxışlardan sonra mövzular ətrafında sual-cavab və fikir mübadiləsi aparılıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri