Icma.az
close
up
RU
Kaşıları erməni tərəfindən oğurlanan Pir Hüseyn Xanəgahı

Kaşıları erməni tərəfindən oğurlanan Pir Hüseyn Xanəgahı

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Hacıqabul, 10 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Vaxtilə Azərbaycan ərazisində olan Sufi şeyxlərinə aid 400-ə yaxın xanəgahdan dövrümüzə qədər gəlib çatan ən əzəmətlisi Pir Hüseyn Xanəgahıdır. XI-XIII əsr Şirvan-Abşeron memarlıq üslubunda inşa olunan xanəgah Mədəniyyət Nazirliyinin 2004-cü il 22 yanvar tarixli qərarı ilə ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb.

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, XI-XIII əsrin nadir sənət incilərindən olan Pir Hüseyn Xanəgahı qədim Bakı-Salyan ticarət-karvan yolunun 127-ci kilometrliyində, Hacıqabul rayon Qubalıbaloğlan kəndi ərazisində yerləşir. Hacıqabul rayonu ərazisində qeydiyyata alınmış 14 tarixi abidə mövcuddur ki, onun da 7-si məhz qoruq ərazisində yerləşir. Bu yeddi abidəyə “Sərdabə”, ”Məscid”, “Minarə”, “Türbə”, “Qala divarları”, “Qədim qəbiristanlıq” və “Karvansaray” daxildir.

Məlumata görə, 1907-ci ildə Tiflisdə Qafqazşünaslıq İnstitunun elmi katibi olan erməni Stepan Ter-Avetisyan tədqiqatlar aparmaq məqsədilə xanəgahda olub. O, burada kaşıların təsvirini və fotosunu çəkmişdir. Rus Şərqşünas alimi V.A.Kraçkovskayada Ter-Avetisyanın ona təqdim etdiyi materiallar əsasında kaşı parçalarının kitabələrini bir qədər bərpa edib oxumuşdur. Ter-Avetisyan 1913-cü ildə təkrarən xanəgaha gəldikdən sonra kaşıların böyük bir hissəsi yoxa çıxmışdır. Daha sonra həmin kaşıların Avropa muzeylərində sərgiləndiyi məlum olub. Başqa bir məlumata görə, digər erməni, əntiq malların satışı ilə məşğul olan dəllal Kələkyan fransız qadın Düffanti ilə əlbir olaraq bu kaşıları Avropa muzeylərinə satıb. Hazırda kaşıların böyük hissəsi Luvrda, Sankt-Peterburq Ermitajında, Moskva Şərq Xalqları Mədəniyyəti Muzeyində, kiçik bir hissəsi isə Tiflis Dövlət Muzeyində saxlanılır. Xanəgahda, həmçinin İlkin Orta əsrlərə aid kitablar da olub, onlar sovet dönəmində məqsədli şəkildə məhv edilib.

Xanəgah ərazisində yerləşən quyular da öz spesifikliyi ilə seçilir. Ətraf ərazilərdə su qıtlığı yaşananda belə bu quyularda hər zaman su olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri