Kaşuk aldığı xəbəri açıqladı: Bunu uzun müddətdir gözləyirdim
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk Ukrayna milli komandasına ilk dəfə dəvət alması ilə bağlı təəssüratlarını bölüşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 26 yaşlı vinger bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidmətinə açıqlamasında danışıb.
O, milliyə çağırılmasının həm özü, həm də ailəsi üçün böyük sevinc olduğunu bildirib:
"Bu mənim üçün çox əlamətdar məqamdır. Ukrayna milli komandasına ilk dəfə dəvət alıram. Çox həyəcanlıyam, bunu uzun müddətdir gözləyirdim. Dəvət bir qədər gözlənilməz oldu. Amma insan həmişə belə fürsəti gözləyir, bunun üçün yaşayır və oynayır. Baş məşqçi məni milliyə dəvət edibsə, deməli, buna layiq olmuşam.
"Neftçi" ilə oyundan sonra komandanın inzibatçısı zəng edərək baş məşqçinin məni toplanışa dəvət etdiyini bildirdi. Bəzi sənədləri hazırlamağımı xahiş etdi. Əvvəlcə bu, tamamilə gözlənilməz idi. Amma millidə olmağı çox istəyirdim və bunun üçün çox çalışmışdım. Fürsətdən maksimum yararlanmaq üçün əlimdən gələni edəcəyəm.
Hazırda karyeramın ən yaxşı dövründəyəmmi? Bunu demək çətindir. Amma özümün ən yaxşı versiyasına çevrilmək yolundayam. Milli komandaya dəvət olunmaq mənə ikiqat motivasiya verir və daha yaxşı çıxış etməyə sövq edir".
Qeyd edək ki, Ukrayna millisi UEFA Millətlər Liqasında noyabrın 14-də Şimali İrlandiya, 17-də isə Gürcüstanla qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Noyabr 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















