Icma.az
close
up
RU
Katalanlar bu şəhəri necə yaratdı? Barselonadan reportaj

Katalanlar bu şəhəri necə yaratdı? Barselonadan reportaj

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az Sahilə Yayanın Barselona şəhərindən hazırladığı reportajı təqdim edir.

Şəhəri dövlətlər yox, insanlar yaradanda sevilir...
Barselonanın anti-muzey kospesiyasında yaradılmış Dovşan muzeyində gücləndirilmiş reallıqla şəhərin qədim əfsanəsini rəqəmsal-innovativ yolla danışırlar. Hekayə başlayan kimi Qız qalasının hekayəsini də belə danışmaq olar deyə düşündüm. Bütün müasir, çoxturistli şəhərlər üçün açar söz yenilənməkdir. Və bu yenilənmə təsadüf deyil, zəruriyyətin nəticəsi, azadlıq və cəsarətlə düşünülmüş addımların əksidir.

30 nömrəli tolleybusun vurub yerə uzatdığı adamın əynindəki nimdaş paltarın ciblərindən meyvə qurusu ilə “İncil” parçasından savayı bir şey çıxmadı. Köməkləşib qocanı kimsəsizlər üçün şəhər xəstəxanasına apardılar. Ölümcül xəstənin dünya ilə vidalaşması üçün vasitəçi rolunu üzərinə götürən keşiş onu tanıyıb, ölümünü aləmə car çəkəndə, şəhər varlılarından biri “trolleybus qisasını aldı”, - dedi.
Ölən Qaudi idi.
Müasir Barselonanın hekayəsi Qaudinin işləri üzərindən nəql edilir. Barselonalılar deyir, Qaudi hər yerdədir, az qala, şorbamızdan da çıxacaq.

Adam Barselonada ondan əvvəl şəhər olmayıb sanır. Əslində isə, Barselona nəinki Qaudidən, hətta Madriddən də öncə olub. Müasir İspaniyada Barselonanın Madridlə yarışda ikinci olmaması katalanların kökləri-qədimiliyi unutmamaq fonunda şanlı keçmişdən asılı qalmamaqları, həmişə yenilənə bilməkləridir.
Barselonanın mənim çox sevdiyim Madridə meydan oxuya bilməsinin səbəbini yazmağa çalışacam.

Yaşamı boyu təbiətlə insan ruhunu doğma saxlamaq üçün hamı ilə dalaşan memar arxitektor Qaudi Quel parkına trolleybus xətti çəkilməsin deyə əlindən gələni etmişdi.
Park sifarişi varlı iş adamı Queldən gəlmişdi, məkan onun adını daşıyacaqdı. Trolleybus insan axınını Quel parkına yönəldəcəkdi.
Qaudi isə bu parkı içindəki insanlarla birgə hüzurlu məkan kimi çəkib, inşa etmək istəyirdi. Quel Qaudiyə güvənirdi, pulunu verib, başının üstünü kəsdirib, istədiyi havanı çaldırmırdı, onun yaradıcı azadlığına, istəklərinə hörmətlə yanaşırdı.
O dönəmdə katalanlar Barselonanı əvvəl İspaniyada, sonra bütün dünyada öz duruşu olan şəhər kimi paketləməyə çalışırdılar.
Toplum olaraq zədəli eqosu olan millətlər kimi tariximiz, varlığımız imperiya paytaxtı olduğu üçün bəh-bəhlənən köksüz Madriddən daha qədim, daha şanlıdır deyə öyünüb, durmurdular. Əl-ələ, çiyin-çiyinə verib, özlərini, enerjilərini şəhərlərini yenidən inşa etməyə sərf edirdilər. Tez-tez o zamanın ulduz şəhəri Londonu təqlid etsələr də, Qaudiləri və onun kimi unikal düşünən insanları da var idi. Qaudinin yaşam üslubu, peşəkar nəfəsi kimsəyə bənzəmirdi, müqayisəyə gəlmirdi. Onun həyat və yaradıcılığını öyrənəndə düşündüm ki, elə bil o, təbiətin qayğısına Allahdan çox qalıb. Yaradan təbiəti yaradıb oturmuşdu sanki, onu qorumaq üçün mexanizm düşünmək istəməmişdi, dünyanı açıq ürəklə insanlara vermişdi. Quzunu qurda tapşırmışdı. Qaudi isə həmyaradılışlarına güvənmirdi, təbiəti qorumağı üzərinə götürmüşdü.

Qaudi varlılar üçün nəzərdə tutulan Quell parkı sifarişini alanda kompleksi bacardıqca şəhər kənarına çəkməyi bacardı.
İş hazır olanda isə parkın içindəki evlər gələcək sakinləri məyus etdi. “Bu nədi, sən Allah? Əvvəla, bu evlər balacadır, bizim nökərli-qulluqçulu, əlli-yüz nəfərlik ailələrimiz bu evlərə necə sığar? Bir də ki, uzaqdır, bura trolleybus gəlmir, bizim fərqli evlərdə, məkanda yaşayan üst insan olduğumuzu kim görəcək?”.

Beləliklə, parkdakı evlərin dəyəri düşəndə, Qaudi özü villalardan birində yaşamağa başladı. Onda Qaudi artıq burjuaziyaya işləməkdən bezmişdi. Bunu Quel parkı üçün yazdığı şüarda da görmək olur: “İndi bəy, dünən çoban idi”.


Quel parkının evlərində, indiki dillə desək, ən çox “self made - özünü yaratmış” insanlar yaşamağa başladı. Bu, Qaudinin məqsədlərindən biri idi.

Qaudi möhtəşəm Müqəddəs Ailə Kilsəsinin (Saqrada Familiya) də müəllifidir. Lakin Müqəddəs Ailə Kilsəsi mənə borokko, qotik və bir neçə başqa sənət üslubunu özündə birləşdirən güclü əsər olduğu üçün doğma gəlmədi. Mən ən çox bu əsərin bir kitabçının təşəbbüsü ilə, məhz katalanların iradəsi, diktəsi, sevgisi ilə yaradılışından təsirləndim. Abidə ianələr hesabına ucalırdı, Qaudi də gəlirinin böyük hissəsini onun tikilişinə sərf edirdi. "İş yavaş gedir" - deyənlərə o, patronum tələsmir, - deyirdi.
"Patron" deyəndə Tanrını nəzərdə tuturdu.

Barselonada Müqəddəs Ailə Kilsəsi və digər tikililər üçün pulundan keçən insanlar, doğrudanmı, ancaq Allahın xoşuna gəlməyə çalışırdı? Təkcə onun adı keçdiyi üçün canfəşanlıq edirdi?
Tarixi və bioqrafiyaları oxuduqca əsas məqsədi görürsən: katalanlar Barselonaya, onun qoynunda yaşayan özlərinə dəyərlərini qaytarmaq, bu dəyəri İspaniyaya, bütün dünyaya göstərmək istəyirdi. Bunu ancaq Katalaniyanı, onun təbiətini, insanını, onun varlığını həqiqətən sevə bilən adamlar edə bilərdi.

Bir daha deyim, Qaudi möhtəşəm Müqəddəs Ailə Kilsəsinin müəllifi olduğu üçün yox, zamanının o tayındakıları görə bildiyi və insanla təbiətin vəhdətini duyub, yaşatmaq istədiyi üçün dahidir. O, təbiətin dilini bilib, ona hamıdan çox aşiq olub, onu hamıdan çox qorumağa çalışırdı. Quel parkında hər yeni tikili, bəzək təbiətdə mövcud olan, tullantı sayılan nəyinsə yenidən doğuluşudur. Təkrar istehsal düşüncəsinin mövcud olmadığı vaxtlarda Qaudi "təbiətdə tullantı yoxdur, olmamalıdır" deyib yaşayıb və işləyib.

İyirminci əsrin ikinci yarısında - yaxın tarixdə belə katalan olmayan ispanlar Barselonanı sıravi əyalət şəhəri sayırdılar. Katalanlar bu fikri maraqlı konsepsiya üzərində dəyişdilər: Barselona dövlətin deyil, xalqın varlığının hiss edildiyi şəhər olacaq. Və bu ideyanın gerçək olması üçün gedilən yolda Qaudi, sadəcə, aysberqin görünən üzüdür.
Əvvəla, onunla birgə onlarla modernist memar çalışırdı, digər tərəfdən şəhərin ruhunu bohem həyat tərzi sürən xeyli rəssam, yazıçı, şair yaradırdı.
Məsələn, Ramon Casas və Santiaqo Rusinol kimi rəssamlar Parisdən aldıqları azadlıq enerjisi ilə öz sənət hərəkatlarını yaratdılar. Onlar ruhları üçün müvəqqəti dayanacaq olaraq “Dörd pişik” kafesini seçmişdilər, orada toplanır, tutduqları sənət yolunun qırmızı və yaşıl işıqlarını müəyyənləşdirirdilər.



Bəlkə, o zamana aid xüsusi seçilən imzalar yaranmadı, ancaq əvəzində bütün yaradıcı enerjilər şəhərin planını çəkdi.

İspaniyada kiçik bir kafe-barı olan Afrika köklü üçüncü nəsil ispan dostumuz öz biznes təcrübəsini bölüşdü.
Dedi ki, daimi müştəri qrupları var. Məsələn, artıq illərdir ki, on-on beş nəfərlik dost qrupları hər həftənin bəlli günü görüşür, saatlarla birlikdə vaxt keçirir, hər şeydən danışır.
Sonra kafenin olduğu küçədən keçəndə bəzi insanlarla salamlaşdı. Öyrəndik ki, qonşularıdır.

Dedi ki, ayda bir dəfə kafeyə yığışıb, qonşu günü edirik. Bu mənə bir daha katalanların Barselonanı yenidən qaldırmağa necə müvəffəq olduqlarını anlatdı. Məsələ yenə də həmrəylikdir, insan sevgisidir.
Barselona elə bu kafelərdə inşa edilib. Katalanlar toplanıb, saatlarla danışıb, əylənib, toplumlarına, çevrələrinə olan sevgilərini bu yolla böyüdüb.
Bu prosesi siyasətçilər deyil, xalq formalaşdırmışdı.
"Dörd pişik" kafesinə katalaniyanın parlamenti deyirdilər.

Şəhər dəlisi, ağıllısı, köhnəsi, təzəsi, keçmişi, indisi - fərqli rəngləri olduğu üçün şəhərdir.

Şəhər yeknəsəkliyi, təkrarı, əzbəri sevmir.
Barselonanı azad ruhlu sənətkarlar, yaradıcı beyinlər qurub, bu şəhər ona görə müasir dünya insanı tərəfindən sevilir.

Bakı... Bakının spontan düşüncəyə, azad yaradıcılığa, məsum sənətkar dəcəlliyinə ehtiyacı var.

Pezeşkianın Azərbaycan dilində şeir deməyinə niyə sevinirik? – Ulucay Akif "Avroviziya 2025" xallarını Safurə açıqlayacaq Fidan Qafarov vəfat edib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri