Katja Schaefer: Milli Şəhər Forumu hökumətin şəhərsalma müzakirələrini inkişaf etdirməsi üçün göstərdiyi böyük marağı göstərir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 oktyabr, AZƏRTAC
Milli Şəhər Forumunun işi yüksək səviyyədə qurulub.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının Şəhərsalma Proqramının (UN-Habitat) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarına məsul əməkdaşı Katja Schaefer deyib.
Katja Schaefer bildirib ki, uzun illər Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə sıx əməkdaşlıq edib və 2022-ci ildə Bakıda keçirilmiş birinci, eləcə də 2023-cü ildə keçirilmiş ikinci Milli Şəhərsalma Forumunun təşkilində fəal iştirak edib. O vurğulayıb ki, bu platforma, forum iştirakçılarının müxtəlifliyi, həm Azərbaycandan, həm də xaricdən gələn ekspertlərin davamlı şəhərsalma mövzusunda müzakirələr aparması əvəzsizdir.
“Bu təşəbbüsün böyüdüyünü görmək və iştirakçıların müxtəlifliyinə şahid olmaq – yalnız Azərbaycanın xaricindən deyil, həm də ölkə daxilindən gələn insanların davamlı şəhərsalma mövzusunda müzakirələrə qatılması – böyük məmnunluq doğurur. Mən hesab edirəm ki, bu forum davam etməli olan əla bir platformadır və eyni zamanda hökumətin şəhərsalma müzakirələrini inkişaf etdirmək üçün göstərdiyi böyük marağı əks etdirir”, - deyə Katja Schaefer əlavə edib.
Katja Schaefer əlavə edib ki, gələn il keçiriləcək Dünya Şəhər Forumu çərçivəsində “ağıllı şəhər”lərin inkişafı, ictimai məkanların, parkların yaradılması və bərpa işləri sahəsindəki uğurlu layihələr nümayiş olunacaq və yerli tərəfdaşlar digər ölkələrin təcrübələrindən faydalana biləcəklər.


