Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

Kənanla Afranın serialında o da olacaq Foto

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

Dünya çempionu klubunu dəyişdi

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

ABŞ da atışma zamanı 3 polis öldürülüb

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

Cənubi Qafqazın regional identikliyi və inteqrasiyası

Cənubi Qafqazın regional identikliyi və inteqrasiyası

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

I MƏQALƏ

Cənubi Qafqaz və müasir geosiyasi reallıqlar

Cənubi Qafqazın region kimi geosiyasi aspektdə təhlilinə analitiklər və ekspertlər çox müraciət edirlər. Bu, iki cəhətdən səbəbsiz deyildir. Birincisi, Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi Zəfər bütövlükdə regionda geosiyasi dinamikanı və ümumi mənzərəni dəyişmişdir. İkincisi, hazırda bu regionla bağlı geosiyasi proseslər böyük geosiyasi güclər səviyyəsində intensiv olaraq baş verir.

Məsələyə Cənubi Qafqaz dövlətlərinin yeritdiyi siyasət prizmasında yanaşmaq vurğulanan kontekstdə son dərəcə əhəmiyyətlidir. Çünki regionun aparıcı dövləti olan Azərbaycanın proseslərə təsiri çox ciddidir və rəsmi Bakının iştirakı olmadan burada hər hansı təsirli dəyişiklik etmək mümkün deyildir. Ancaq söhbət problemə ciddi yanaşmadan gedirsə, məsələnin nəzəri tərəfinin araşdırılması son dərəcə aktualdır.

Analitik və ekspert yanaşmasından fərqli olaraq əsrlərdir ki, ziddiyyətlər burulğanına salınmış və Avrasiya üçün böyük əhəmiyyət daşıyan bir regionun davamlı (qalıcı) olaraq necə konstruktiv (faydalı, səmərəli, təhlükəsiz, sabit) geosiyasi dəyişiklik müstəvisinə keçə biləcəyinin nəzəri və geosiyasi şərtlərinin nəzəri aydınlaşdırılması zəruridir.

Biz bu nəzəri problemin təhlilinə “Xalq” qəzetində dərc edilmiş və əməkdaşlıq platformasında “Əliyev üçbucağı” adlanan mövzuya həsr edilmiş məqalələr silsiləsində yer almış yanaşma prizmasında baxacağıq. Çünki Prezident İlham Əliyevin üçtərəfli əməkdaşlıq platforması çox ciddi şəkildə regional inteqrasiyaya və identikliyə təsir edir. Hətta deyə bilərik ki, Azərbaycan Prezidentinin təşəbbüs etdiyi və həyata keçirdiyi əməkdaşlıq platformasına alternativ yoxdur. Bəs həmin əməkdaşlıq, inteqrasiya və identiklik modelinin özəllikləri nədən ibarətdir? Onlar Cənubi Qafqazın davamlı konstruktiv və təhlükəsiz geosiyasi “sahədə mövcudluğunu” nə dərəcədə təmin edə bilərlər? Öncə, bir sıra geosiyasi terminlərə nəzər salaq.

Müasir geosiyasətdə “region” anlayışı

Geosiyasi təlimlərdə “köhnə regionalizm” və “yeni regionalizm” anlayışlarından istifadə olunur. “Köhnə regionalizm”də beynəlxalq münasibətlər sisteminin subyekti kimi ancaq dövlətlər hesab olunurdu. Buna uyğun olaraq konkret regionda differensiasiya və inteqrasiya prosesləri təhlil edilirdi.

“Yeni regionalizm” inteqrasiya fenomeni kimi dünya düzəninin çoxqütblülüyünü ifadə edir. Çox müxtəlif sferalarda inteqrasiyanı, iqtisadi qarşılıqlı asılılığı əks etdirir ki, son nəticədə regional identikliyə gətirib çıxara bilər. Deməli, “yeni regionalizm” özündə regional identikliyə nail olmaq potensialını daşıyır. Tədqiqatçılar regional identikliyi inteqrasiyanın ən yüksək səviyyəsi kimi xarakterizə edirlər. Və həmin kontekstdə Avropa İttifaqını (Aİ) nümunə kimi göstərirlər. Lakin Aİ ilə bağlı son illər baş verən bir sıra hadisələr Avropada regional identikliyin ziddiyyətlərini ortaya qoymaqdadır. Məsələnin bu tərəfi üzərində dayanmaq Cənubi Qafqazda regional identikliyin ən yüksək inteqrasiya nümunəsi kimi mahiyyətini dərk etməyə imkan verəcək.

Avropa identikliyinin ziddiyyətləri

Avropada regional identiklik prosesi XVII əsrdən başlamışdır, lakin hələ də başa çatmamışdır. XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində avropalıların identikliyi yüksək səviyyəyə qalxmışdı. Ancaq meydana çıxan maliyyə və miqrasiya böhranları bir çox aspektlərdə Aİ üzvlərinin hələlik ortaq dəyərlərə malik olmadığını göstərdi. Maliyyə böhranında aydın oldu ki, bir sıra inkişaf etmiş Avropa dövləti iqtisadiyyatda proteksionist mövqe tutur və digərlərinə yardım etmək fikrində deyildir. İtaliyanın qarşılaşdığı böhranda bu, özünü göstərdi. Bununla yanaşı, avropalılar miqrantlara münasibətlərdə tutduqları mövqeləri ilə fərqli dəyərlərə üstünlük verdiklərini də nümayiş etdirdilər.

Bunlardan başqa, bir sıra Avropa dövləti digər Avropa dövlətlərinə qarşı inteqrasiya olunmaq mövqeyindən deyil, əksinə uzaqlaşmaq mövqeyindən çıxış etdiyini göstərdi. Buna görədir ki, Brexit meydana gəldi və bu prosesin davam etməsi gözlənilir. Son aylar avropalılar ortaq müdafiə mövqeyi seçməkdə çətinlik çəkirlər. Onlar “Ağ Kitab”ı qəbul etsələr də, ona praktikada əməl etməkdə ortaq mövqeyə gələ bilməmişlər. Son debatlarda hətta bir-birini ittiham edirlər.

Belə alınır ki, XXI əsrin üçüncü onilliyində Aİ-ni regional inteqrasiya nümunəsi kimi göstərmək doğru deyildir. Dünyanın müxtəlif regionlarında identiklik məsələsinin fərqli reallaşması bir zərurətə çevrilmişdir. Bu prizmada Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda regional identikliyə nail olunması olduqca maraqlı və aktual məsələ təsiri bağışlayır.

Bu məqamda Cənubi Qafqazın region kimi geosiyasi xarakteristikası və ya ümumi obrazı aydınlaşdırılmalıdır.

Cənubi Qafqazın “Hettne obrazı”

Burada “Hettne obrazı” məcazdır və “yeni regionalizm”in banilərindən biri olan isveçli alim B.Hettnenin regionlarla bağlı kriteriyalarına işarədir. Həmin kriteriyalar prizmasında Cənubi Qafqaz hansı növ regiona aiddir? B.Hettneyə görə, regionallıq regionun birləşmə səviyyəsini və regional quruculuq dərəcəsini müəyyən edir. Bu baxımdan regionallığın beş mərhələsini ayırmaq olar.

1. Regional məkan

2. Regional kompleks

3. Regional icma

4. Regional birlik

5. Regional dövlət

Bu bölgüyə uyğun regional təşkilatlanmanın üç mərhələsi ayrılır.

1. “Regionallığa qədərki” mərhələ

2. Regional inteqrasiyanın regional qarşılıqlı əlaqələr mərhələsi

3. Regional təşkilatlanmanın final mərhələsi

Birinci mərhələdə region regional kooperasiyanın xüsusi alətlərinə malik deyildir, yəni inteqrasiyanın necə baş verməsinin praktiki üsulları aydın olmur. İkinci mərhələdə region dövlətləri arasında bazar və cəmiyyətlərin tələbatlarına uyğun mədəni, iqtisadi, siyasi və hərbi əməkdaşlıq prosesləri üstünlük təşkil edir. Nəhayət, üçüncü mərhələdə region özünün regional identikliyinə, legitimliyinə və dəqiq müəyyən edilmiş qərarlar qəbuletmə mexanizminə sahibdir. Həmin keyfiyyətdə region beynəlxalq münasibətlərin aktiv iştirakçısıdır.

Cənubi Qafqazı vurğulanan mərhələlərdən hansına aid etmək olar? Bunun üçün regiona II Qarabağ müharibəsinə qədərki və ondan sonrakı mərhələlər prizmasında baxmaq lazımdır.

1993-cü ilin ikinci yarısına qədər Cənubi Qafqaz

B.Hettne kriteriyalarına görə, XVII əsrin ikinci yarısından XXI əsrin 20-ci illərinə qədər Cənubi Qafqaz “regionallığa qədər” mərhələdə olmuşdur. Doğrudur, burada Rusiya imperiyası və sonra SSRİ sabitlik və ölkələrarası əlaqələr yaratmışlar. Lakin bu proses təbii, bərabərhüquqlu və regionun maraqlarına əsaslanmamışdır. Buna görə də tam olaraq Cənubi Qafqazı Hettne mənasında region hesab etmək çox çətindir (xatırladaq ki, B.Hettne, digər İsveç alimi F.Soderbaumla birgə “yeni regionalizm” təliminin yaradıcısıdır).

Digər tərəfdən, göstərilən müddətdə Cənubi Qafqazda daim ixtilaflar, hərbi toqquşmalar, qonşu dövlətin ərazisinə, mədəniyyətinə, coğrafiyasına, demoqrafik yapısına təcavüzlər baş vermişdir. Çünki bu region daxili deyil, xarici ölkənin nəzarəti altında qalmışdır və o da özünə uyğun düzən qurmağa çalışmışdır. Bu prosesə etiraz dalğası XX əsrin ikinci onilliyində geniş vüsət alsa da, region İmperiyadan qurtulub sovetlərin təsiri altına düşərək “asılı region” olmuş və ya “regionallığa qədərki” mərhələni keçə bilməmişdir.

Sovetlərdə də Cənubi Qafqazın gerçək mənada “region” olmadığını sübut edən faktlar Qərbi Azərbaycana geosiyasi faktor və qərbi azərbaycanlılara demoqrafik gerçəklik kimi olan münasibətdə özünü göstərir. Belə ki, 1918-1920-ci illər, 1922-1936-cı illər, 1948-1953-cü illər, 1989-1992-ci illərdə azərbaycanlıların aborigen olduqları ərazilərdən zülmlə deportasiya edilmələri Cənubi Qafqazın 70 il davam edən sovet dönəmində təhlükəsizlik və əməkdaşlıq məkanı olmadığını göstərir.

Bu zaman nə beynəlxalq təşkilatlar (öncə Millətlər Liqası, sonra isə BMT-nin sənədlərində bir dəfə də olsun “Qərbi Azərbaycan” ifadəsinə rast gəlinmir). Hətta “Ermənistandan qovulan azərbaycanlılar” ifadəsi yoxdur. Sovetlərin qəbul etdikləri uyğun sənədlərdə də nə “Qərbi Azərbaycan” geosiyasi, coğrafi, demoqrafik vahid kimi göstərilir, nə də qərbi azərbaycanlıların deportasiyası məsələsi əksini tapır. BMT-nin məlum 4 qətnaməsində də terminoloji aydınlıq və birmənalı təqdimat yoxdur.

Bu o deməkdir ki, 1918-1991-ci illərə qədər beynəlxalq aləm və SSRİ Cənubi Qafqazın tarixi, real, gerçəkçi geosiyasi və siyasi-coğrafi kimliyini etiraf etməmişlər. Belə olan halda hansı mənada B.Hettne kriteriyalarını Cənubi Qafqaza aid etmək olar? Mümkün deyildir. Ona görə də 1993-cü ilə qədərki müddətdə Cənubi Qafqaz real “regionalizmə qədər” mərhələdə olmuşdur.

1993-cü ildən sonra: ikinci mərhələyə keçid cəhdləri

Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə Cənubi Qafqazda regionalizmin bir neçə əlaməti formalaşmağa başladı. Onun üç əlaməti vardır.

Birincisi, Azərbaycanın “Əsrin müqaviləsi”ni imzalamaqla və yeni enerji siyasəti yeritməklə son yüzillərdə ilk dəfə regionun hər bir dövləti üçün faydalı ola bilən əməkdaşlıq platforması yaratmasından ibarətdir. Ancaq bu təşəbbüsün qarşısını Ermənistanın təcavüzkar siyasəti alırdı və onu tam reallaşmağa qoymurdu. Buna baxmayaraq, müasir mərhələdə ilk dəfə olaraq Azərbaycan Gürcüstanı strateji tərəfdaş statusunda regional əməkdaşlıq prosesinə daxil edə bildi.

İkincisi, Azərbaycan-Gürcüstan münasibətləri son 300 ildə ilk dəfə olaraq tam regional kontekstə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçdi. Təcrübə göstərdi ki, bu nümunə bütövlükdə regionda regionalizmin baza modeli ola bilər.

Üçüncüsü, Azərbaycan “Qafqaz Evi” ideyasını Cənubi Qafqaz kontekstində daha da aktuallaşdırmaq üçün addımlar atdı. Bu ideyanın bütövlükdə regiona yeni münasibətlər sistemi gətirəcəyinə rəsmi Bakı əmin idi.

Lakin 2020-ci ilin payızının 44 günü göstərdi ki, Ermənistanın real olaraq regionalizm modelinə üstünlük verməsi üçün bir neçə məcburiyyət zəruri imiş. Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın edərək ərazi bütövlüyünü tam bərpa etdikdən sonra regionalizmin üçüncü mərhələsi haqda real düşünmək imkanı yarandı.

Bununla aydın olur ki, 1993-cü ildən 2020-ci ilə qədər əsasən Azərbaycanın təşəbbüsü ilə müəyyən mədəni, iqtisadi, siyasi və hərbi əməkdaşlığa cəhdlər olmuş, ancaq erməni təcavüzkarlığı onların qarşısını almışdır. Bu da həmin müddətdə regionalizmin ikinci mərhələsinin tam baş tutmadığını və buna görə də əlavə ciddi prosesə ehtiyacın olduğunu deyə bilərik.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:16
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see462

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see369

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see232

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see152

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see146

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see145

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

17 Sentyabr 2025 19:47see145

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see144

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

17 Sentyabr 2025 04:57see136

Kənanla Afranın serialında o da olacaq Foto

17 Sentyabr 2025 17:38see136

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

17 Sentyabr 2025 00:09see132

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see130

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

16 Sentyabr 2025 18:32see130

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

17 Sentyabr 2025 02:02see127

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

16 Sentyabr 2025 17:32see126

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

16 Sentyabr 2025 23:19see125

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see124

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see122

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

18 Sentyabr 2025 00:37see122

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

17 Sentyabr 2025 19:19see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri