Icma.az
close
up
RU
Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi böyük əhəmiyyət kəsb edir Deputat

Kavelaşvilinin ilk xarici səfərini ölkəmizə etməsi böyük əhəmiyyət kəsb edir Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Azərbaycanın mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri qarşılıqlı münasibətlərin daha da güclənməsi baxımından xüsusi vurğulanmalıdır”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev  deyib.

Deputat bildirib ki, Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra ilk xarici səfərini ölkəmizə etməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan və gürcü xalqlarının dostluğu qədimdir, ölkələrimiz arasında əlaqələr tarixi köklərə, ortaq maraqlara və xüsusilə enerji-nəqliyyat sahəsində qarşılıqlı tərəfdaşlığa əsaslanır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar: “Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir”.

Gürcüstanın beynəlxalq hüquqa əsaslanan yanaşması, Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək və əksinə, Azərbaycanın da Gürcüstanın suverenliyinə hörməti, iki ölkə arasında nadir strateji etibarlılıq nümunəsi yaradıb. Bu baxımdan Mixeil Kavelaşvilinin Bakıya səfəri postmünaqişə dövrünün reallıqları fonunda Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması ehtimalını gündəmə gətirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən sülh prosesi, Gürcüstanın vasitəçilik rolu oynamağa hazır olması və regionda daha dərin inteqrasiya səyləri Ermənistan üçün də konstruktiv yanaşma nümunəsi ola bilər.

Millət vəkilinin sözlərinə görə, hazırda beynəlxalq müstəvidə enerji təhlükəsizliyi, qlobal nəqliyyat marşrutlarının davamlılığı və “yaşıl keçid” prosesləri ilə bağlı məsələlər ön plana çıxır. Azərbaycan və Gürcüstan bu kontekstdə Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayırlar. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış strateji enerji əməkdaşlığı memorandumu Gürcüstanın bu layihələrdə mühüm tranzit ölkə kimi rolu ilə tamamlanır. Bu baxımdan, Kavelaşvilinin Bakıya səfəri Qərblə Şərq arasında daha dərin və dayanıqlı əlaqələrin formalaşmasında Bakı-Tbilisi xəttinin strateji önəmini bir daha nümayiş etdirir. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Dövlətimizin başçısı vurğulayıb: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.

“Bütövlükdə, Azərbaycanla Gürcüstan arasında əlaqələr davamlı olaraq inkişaf edir. Gürcüstan Prezidentinin ölkəmizə rəsmi səfəri bu prosesə yeni təkan verəcək”,-deyə deputat vurğulayıb.  
 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri