Kaxa Kaladzedən NATO açıqlaması: Gürcüstan və Ukraynanı illərdir aldadıblar
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"NATO rəhbərliyi illərdir həm Gürcüstanı, həm də Ukraynanı aldadıb, əslində heç bir planları olmadığı halda, onları alyansa qəbul edəcəklərinə söz veriblər".
Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlaması zamanı deyib.
"Bütün bu illər ərzində Gürcüstan və Ukrayna kimi ölkələrə NATO-nun qapılarının açıq olduğu deyildi. Lakin əslində hamımız başa düşürük ki, yaranmış reallıq tam başqadır. Artıq onlar özləri də bunu gizlətmirlər və açıq şəkildə belə bəyanatlar verirlər ki, bu, faktiki olaraq mümkün deyil və istisna olunur", - Kaladze bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Avqust 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















