Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

8 Noyabr Zəfər Günü Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

8 Noyabr Zəfər Günü Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Milli Kitabxanada Zəfər Günü münasibətilə “8 Noyabr – Zəfər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Bu barədə kulis.az-a Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgilərdə Zəfər tariximiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, Vətən müharibəsi, şanlı Qələbə, tarix yazan qəhrəmanlar, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu haqqında Azərbaycan və digər dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş etdirilir. Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu möhtəşəm Qələbə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla əbədiləşdirilib.

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan olunub. 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfər milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biridir. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüzündən sonra Azərbaycan Ordusu BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatına başlayıb. Məqsəd işğal altındakı torpaqlarımızı azad etmək və təcavüzə son qoymaq olub.

Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında yer almasını təmin edib. Azərbaycan Ordusu qarşısında duran tarixi missiyanı, Ulu Öndər Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində qazandığı qələbələrlə dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Döyüşlər zamanı işğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

İşğal altında olan ərazilərimizin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumilikdə, 300-ə yaxın yaşayış məntəqəsi azad olunub. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edilməsidir. Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf edib. Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin qazandığı hərbi Zəfər siyasi müstəvidə əldə olunan Qələbə ilə tamamlanıb.

8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki və mənəvi-psixoloji hazırlığının, peşəkarlığının təntənəsidir. Bu gün azad Qarabağ və Şərqi Zəngəzur innovativ və dayanıqlı inkişaf məkanına çevrilir. İşğal zamanı dağıdılmış şəhər və kəndlər bərpa olunur, hava limanları, yollar, körpülər, tunellər və digər infrastruktur obyektləri inşa edilir, elektrik və su xətləri çəkilir. Bölgədə Azərbaycanın gələcək inkişafının yeni modellərindən biri formalaşır, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.

142 il əvvəl itən intibah dövrü sənət əsərləri bir evin dəhlizində tapıldı Məşhur aktyor vəfat etdi Xudu Məmmədovun oğlu: "O demişdi ki, biz Xudu Məmmədovu ölümə məhkum etmişik" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://kulis.az
archiveBu xəbər 07 Noyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri