Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: Bəzi epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik”

Kaxaber Tsxadadze: Bəzi epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik”

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Qəbələ" Misli Premyer Liqasının 2-ci turunda doğma meydanda "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox gərgin oyun oldu. Bizə daha çox təcrübə lazımdır. 19-20 yaşlı uşaqlar inkişaf etməlidir. Oyundan-oyuna onlarda artım gözləyirik. Ümumi götürəndə yaxşı oyun oldu. Zamanla daha yaxşı olacağımıza inanıram. Əsas odur ki, meydanda oyunumuz görünürdü. Hesabda öndə olduğumuz zaman da qol vurmaq üçün imkanlarımız oldu. Həmin epizodları təcrübəsizliyə görə qola çevirə bilmədik. Növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirə biləcəyik.

- Qoldan öncə Nicat Əliyevə sərt etiraz etdiniz. Bundan sonra futbolçu fərqləndi. Məcazi mənada qolu siz vurduz, yoxsa Nicat?

- Nicat qolu özü vurdu. O, robot deyil ki, mən kənardan idarə edim. 

- Ehtiyat oyunçular skamyası kasaddır. Heyətin gücləndirilməsi gündəmdədir?

- Bəli, düz qeyd edirsiz, skamyada kasadlıq var. Bu işlə rəhbərlik məşğul olur. Biz əlimizdə olan heyətlə işləyirik. Əlbəttə ki, "Zirə" ilə müqayisə etsək, bizim imkanlarımız daha azdır. İstərdik ki, çoxlu oyunçularımız olsun.

- Demək olar ki, "Zirə" ustalıq səviyyəsinin hesabına qələbə qazandı?

- Ustalıq və təcrübəsizlik bir-birinə yaxın sözlərdir. Eşqin Quliyevin yerində təcrübəli futbolçu olsaydı, o qərarı verməzdi. Amma Eşqin çox perspektivli oyunçudur. Ona inanırıq. "Zirə"nin müdafiəçiləri sadə oynayırdılar. Bu da onların təcrübəli olduğunu göstərir. Bu gün futbolçular çox çalışdılar. Amma nəticə belə oldu. Həyat davam edir. Gənc oyunçuların özlərinə inamı olmalıdır. Gənclərlə işləməyə davam edib legionerlərdən də çox şey tələb etməliyik. "Zirə" uzun müddətdir bir yerdə çıxış edən komandadır. Rəşad Sadıqov da xeyli zamandır orada işləyir. Komanda 2 ildir avrokuboklarda iştirak edir.

- Hesabda öndə olduğunuz halda ilk yarıda 2 qol buraxdız. Bu, sizi narahat etmir?

- Sadə oynamalıyıq. Təcrübə qazandıqca hər şey düzələcək. Qolu özümüz yaratdıq. "Karvan-Yevlax"la matçda da öz qapımıza qol vurduq.

“Zirə” "Qəbələ"ni məğlub edib - YENİLƏNİB "Şamaxı" Birinci Liqa klubu ilə bacarmadı “Qəbələ” - “Zirə”: Heyətlər Coşqun Diniyev “Araz-Naxçıvan”da - RƏSMİ Emin İmaməliyev: “Nəriman və Musa heç bir legioner forvardan aşağı səviyyədə deyil” 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Avqust 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see304

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see248

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see237

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see166

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see153

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see142

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see140

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see139

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see135

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see133

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see133

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see132

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see131

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see127

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see127

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see127

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see126

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri