Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz Kaxaber Tsxadadze
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Bizim hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 15-ci turunda "Kəpəz"lə (0:1) baş tutan qarşılaşmadan sonra keçirilən mətbuat konfransında səsləndirib. Gürcü mütəxəssis rəqibi təbrik etsə də, komandasının oyunundan və alınan qırmızı vərəqədən kəskin narazılığını bildirib:
"Belə qırmızı vərəqələri ancaq biz ala bilərik. Başa düşmürəm ki, necə belə vərəqə almaq olar? "Kəpəz"in qolunda müdafiəçilərimizdən heç biri rəqib oyunçunu saxlamadı. Bu gün pis oynadıq, Murad Musayevin yoxluğu hiss olunurdu. Səhvlərdən nəticə çıxarıb daha yaxşı olmağa çalışacağıq".
Tsxadadze Sanqarenin son zamanlardakı səhvləri (penalti qaçırması və qırmızı vərəqə) barədə suala təmkinli yanaşıb. O, limit səbəbindən cəmi 5 transfer edə bildiklərini, buna görə mövcud heyəti qorumalı olduqlarını, lakin Sanqarenin daha yaxşı oynamalı olduğunu vurğulayıb. Baş məşqçi qapıçı Səlahət Ağayevin rəqabətsizlikdən əziyyət çəkdiyi fikri ilə razılaşaraq yeni qapıçı gətirməyi planlaşdırdıqlarını da açıqlayıb.
Yevlax stadionunun durumuna toxunan mütəxəssis "Şamaxı" stadionuna nisbətən burada futbol oynamağın mümkün olduğunu, sadəcə öyrəşməyin lazım gəldiyini qeyd edib. O, hazırkı dövrün karyerasında ən ağır mərhələlərdən biri olduğunu etiraf edərək bəzi futbolçuların iki qələbədən sonra bu matça köklənə bilmədiyini əlavə edib.
K.Tsxadadze komandanın hədəfləri və avrokubok şansları barədə suala isə məşhur bənzətmə ilə cavab verib:
"Reallığı nəzərə almaq lazımdır. Cibində 10 manat varsa, restorana gedə bilməzsən. Mən ağılsız insan deyiləm, reallığa baxıram. Bizim hədəfimiz Premyer Liqada qalmaqdır. Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 14 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















