Icma.az
close
up
RU
Kaxaber Tsxadadze: Bizim üçün hər oyun final kimidir

Kaxaber Tsxadadze: Bizim üçün hər oyun final kimidir

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün çox çalışdılar. Yaxşı oyun və uğurlu nəticə göstərdilər. İlk dəqiqələrdən görünürdü ki, futbolçularda gərginlik var. İkinci hissədə rəqibin hücum qurmaq üçün şansları olmadı. Fasilədən sonra daha yaxşı oynadıq. Onlara dedim ki, siz daha yaxşı oynaya bilərsiz, sadəcə özünüzə inanmalısız. Bizim üçün hər oyun final kimidir. Ən əsası güclü olmalıyıq. Göstəririk ki, biz futbol oynaya bilirik. Son matçlardakı uğursuzluğa baxmayaraq, azarkeşlər bizimlə birlikdəydi".

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 26-cı turunun “Kəpəz”lə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Komanda uduzanda azarkeşlər sizə istefaya səsləyirdi, mətbuatda da hətta baş məşqçi üçün yeni namizədlərin adını yazırdı. Maraqlıdır, bu periodu özünüz necə keçdiniz?

- Komanda uduzanda, hər yerdə belədir ki, məşqçi günahkar olur. Bu, bizim işimizdir. Azarkeşləri başa düşürəm. Onlar da istəyir ki, nəticə qazanaq. Azarkeşlərlə görüşümüz oldu. Onlardan xahiş etdim ki, bunu etməsinlər. Sırf bu baxımdan ki, komanda daxilində atmosfer istər-istəməz korlanır. Futbolçular oxuyur ki, məşqçi gedir, ya qalır... Bu da komandaya təsir göstərir. Azarkeşlərə dedim ki, gedib-getməməyimə rəhbərlik qərar verir. Rəhbərliyimizdə də futbolda təcrübəli insanlar yer alıb. Fanatlara təşəkkür edirəm. Biz Premyer Liqaya geri qayıtmaq üçün çox çalışdıq. Çox iş görürük. Rəhbərlik də bunu görür. Dünən vacib epizod oldu. Klubun direktoru Səbuhi Səfiyarlı mənimlə, futbolçularla görüşdü. Bu da komandaya çox təsir göstərdi. Vacib məqam idi. Futbolçular da gördü ki, biz komandayıq. O görüşün kifayət qədər təsiri oldu.

- Azərbaycan milli komandası "FİFA seriyası 2026" beynəlxalq turnirində qalib oldu. Bəziləri bu qələbələri şişirtməməyə səslədi, bəziləri əksinə. Siz bu haqda nə düşünürsüz?

- Çox yaxşı oyunlar oldu. Ayxan Abbasov həqiqətən komandanı toparlaya bilib. Psixoloji baxımdan bu qələbə çox vacibdir. Tam səmimi qəlbdən komandanı təbrik edirəm. Uşaqlar çox çalışdılar. Komandanı tənqid etmək, rəqibləri iki hissəyə də bölmək olmaz. Bu, Azərbaycanın milli komandasıdır. Hamı bu komandaya azarkeşlik etməlidir.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Aprel 2026 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri