Kaya Kallas Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı suala cavab verməkdən YAYINDI
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Qrenlandiyaya hücum edib adanı öz ərazisinə birləşdirmək istədiyi halda, Aİ-nin təhlükəsizlik zəmanəti verib-verməyəcəyi ilə bağlı suala cavab verə bilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Biz Qrenlandiyanın qəbul etdiyi hər bir qərarı tam dəstəkləyəcəyik. Eyni zamanda Aİ üzvü kimi Danimarkanı da tam dəstəkləyirik, krallıqla tam həmrəyik”, - deyə avrodiplomat suala birbaşa cavab verməkdən yayınıb.
Kallas daha sonra mətbuat qarşısındakı çıxışını yarımçıq dayandıraraq jurnalistlərlə sağollaşmaq istəyib, lakin media nümayəndələri digər mövzularla bağlı suallar ünvanlamağa davam ediblər.
Bununla yanaşı siyasətçi bəyan edib ki, Aİ münaqişənin həlli halında belə Ukraynanın hərbiləşdirilməsinin davamına hazır olmalıdır və bunu mümkün təhlükəsizlik zəmanətlərindən biri kimi nəzərdən keçirir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















