Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mançester Yunayted"in təcrübəli yarımmüdafiəçisi Kazemiro cari mövsümün qalan oyunlarında komandanın əsas heyətində meydana çıxa biləcək.
QOL.az xəbər verir ki, "Manchester Evening News" nəşrinin yaydığı məlumata görə, 34 yaşlı futbolçunun müqaviləsində yer alan xüsusi bəndlə bağlı problem həllini tapıb. Belə ki, braziliyalı oyunçunun sözləşməsində bu mövsüm Premyer Liqada 35 matça start heyətində çıxacağı təqdirdə müqavilənin avtomatik bir il uzadılacağı qeyd olunmuşdu. Lakin klub rəhbərliyi və futbolçu arasında əldə olunan razılığa əsasən, həmin bənd ləğv edilib. Bu qərar Kazemironun mövsümün sonuna qədər məhdudiyyətsiz oynamasına şərait yaradıb.
Qeyd edək ki, Kazemiro cari çempionatda meydana çıxdığı 29 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 25 Mart 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















