Keçən il qlobal LNG ticarəti tarixi maksimuma yüksəlib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 31 avqust, AZƏRTAC
Ötən il qlobal mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti əvvəlki illə müqayisədə 43 milyard kubmetr artaraq tarixi maksimuma - 580 milyard kubmetrə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Qaz İttifaqı (IGU) və İtaliyanın “Snam” şirkəti tərəfindən hazırlanan “Qlobal qaz hesabatı 2026”da deyilir.
Hesabata görə, 2024-cü illə müqayisədə maye qaz idxalında 10 milyard kubmetr azalmaya baxmayaraq, Çin dünyanın ən böyük LNG idxalçısı mövqeyini qoruyub saxlayıb. Yaponiya il ərzində 91 milyard kubmetr, Koreya Respublikası isə 67 milyard kubmetr LNG idxal edib.
Avropanın LNG idxalı keçən il 32 milyard kubmetr artıb. Bu, Avropanın Rusiyadan boru kəmərləri vasitəsilə təchiz edilən təbii qazdan struktur dəyişikliyini və mayeləşdirilmiş təbii qaza artan asılılığını əks etdirir. Avropanın LNG idxalının 50 faizdən çoxu ABŞ-nin payına düşüb.
Bildirilir ki, LNG-nin qlobal enerji sistemində və ölkələrin enerji təchizatı təhlükəsizliyində rolu getdikcə artır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 31 Avqust 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















