Keçidin yaxınlığında qayda pozub qəza törətdilər; piyada qəzadan son anda xilas oldu VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Zabrat yolunda baş vermiş qəza avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 10-OX-140 dövlət nömrə nişanlı “Nissan Patrol” markalı avtomobilin sürücüsü qoşa xəttin üzəri ilə hərəkət edib. Düzgün ara məsafəsi təyin etməyən sürücü öndəki “VAZ”la toqquşmamaq üçün sola manevr edib və piyada keçidini görərək son anda dayanıb. Bu vaxt görüntünü qeydə alan maşındakı sürücü eyni qaydanı pozaraq “Nissan”a çırpılır. Zərbənin təsirindən “Nissan” bir neçə metr irəli gedib və keçiddən keçən piyadaya təhlükə yaradıb. Xoşbəxtlikdən yolu keçən qadın ehtiyatlı davranaraq qəzadan xilas ola bilib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 25 İyun 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















