Icma.az
close
up
RU
Keçmiş arvadından ailəsinə çəkdiyi xərci tələb etdi, xəsarət yetirdi MƏHKƏMƏ

Keçmiş arvadından ailəsinə çəkdiyi xərci tələb etdi, xəsarət yetirdi MƏHKƏMƏ

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhddə və xuliqanlıqda təqsirləndirilən Əfqan Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Atakişiyev 15 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Əfqan Atakişiyev 10 fevral 2025-ci il tarixdə, saat 11 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində yerləşən 270 nömrəli məktəbin qarşısına gələrək orada xadimə işləyən keçmiş həyat yoldaşı, zərərçəkmiş Gülsəadət Həmidovaya yaxınlaşıb, birgə yaşadıqları dövrdə ailəyə və övladlarına sərf etdiyi vəsaiti geri qaytarmasını tələb edib. Zərərçəkmiş şəxs isə bu tələbi rədd etdikdə, təqsirləndirilən şəxs qəzəblənərək qisas alacağını bildirib və hadisə yerindən uzaqlaşıb. Daha sonra Əfqan yaxınlıqda kirayə yaşadığı evə gedərək oradan özünə məxsus kəsici alət ("rezak") götürüb və təkrarən qadının işlədiyi məktəbin qarşısına qayıdıb, onun işdən çıxmasını gözləyib.

Həmin gün saat 15 radələrində zərərçəkmiş şəxs məktəbdən çıxdıqda, təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan məktəbin qarşısında, yetkinlik yaşına çatmayan şagirdlərin gözü qarşısında xuliqanlıq niyyəti ilə əlindəki "rezak"la qadının arxadan boğaz, sol əl və üz nahiyələrinə zərbələr vuraraq ona xəsarətlər yetirib.

Hadisə yerindən keçən şahidin müdaxiləsi və zərərçəkmiş şəxsin vaxtında tibbi yardım alması nəticəsində Gülsəadətin həyatı xilas edilib.

Məhkəmədə Əfqan Atakişiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2025-ci il fevralın 10-da keçmiş arvadı Gülsadətin işlədiyi 270 nömrəli məktəbə gedərək ondan sənədlərini, şəkillərini və illər ərzində ailəsinə çəkdiyi xərcləri geri qaytarmasını tələb edib. Gülsadət ona cavabında - "get, tullan, harada yaşayırsan, yaşa", - deyərək əl-qol hərəkətləri ilə kobud cavab verib.

Əfqan əsəbiləşərək evə qayıdıb, oradan "rezak"ı götürüb və yenidən məktəbin yaxınlığına gəlib. Gülsadətin məktəbdən çıxıb "9 mərtəbə" adlanan istiqamətə getdiyini görən təqsirləndirilən şəxs onun arxasınca yollanıb və "uşaqlarınla birləş, pulumu ödə", - deyib. Zərərçəkmiş şəxs isə - "get, tullan buradan", - deyə cavab verdikdə, təqsirləndirilən şəxs əsəbinə hakim ola bilməyərək cibindəki "rezak"ı çıxarıb onun boğaz nahiyəsinə zərbə endirib. Lakin ətrafda olan bir nəfər müdaxilə etdiyindən hücumunu davam etdirə bilməyib. Hadisədən sonra o, məktəbin arxasında yerləşən kafeyə gedərək spirtli içki qəbul edib.

Təqsirləndirilən şəxs bildirib ki, onun məqsədi keçmiş həyat yoldaşını öldürmək olmayıb, sadəcə cəzalandırmaq istəyib. Hadisə vaxtı içkili vəziyyətdə olduğunu, dediyi bəzi sözləri xatırlamadığını, törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ədalətli cəza verilməsini xahiş etdiyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Oktyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see165

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see156

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see155

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see153

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see151

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see146

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see144

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see144

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see136

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see129

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see129

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see125

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see123

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see120

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see120

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see117

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri