Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Şirvanda ana qızına xəsarət yetirdi MƏHKƏMƏ

Şirvanda ana qızına xəsarət yetirdi MƏHKƏMƏ

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şirvan şəhərində 1968-ci il təvəllüdlü Nəcibə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qızı Sənəmə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 13 mart 2024-ci ildə baş verib. Nəcibə həmin gün  yaşadığı evdə Sənəm ilə aralarında şəxsi mühasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı qəsdən ona yumruq və şillə zərbələri vurub. Ona baş və bədəninin müxtəlif nahiyyələrinə xəsarətlər yetirib. 
Hadisəni törədən Nəcibənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəcibə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qızı Sənəm 2017-ci ildə Mahir ilə ailə həyatı qurub və bir övladları olub: “Lakin qızım ailə daxili söz-söhbətlərə görə 2023-cü ilin noyabr ayında əri Mahirdən rəsmi qaydada boşandı. Hadisədən bir neçə gün əvvəl Sənəm keçmiş əri ilə barışdığını və yenidən onunla yaşamaq istədiyini bildirdi. Lakin mən və ailə üzvlərim buna razı olmadıq”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 13-də, saat 22 radələrində Sənəm öz çantalarını yığıb və evdən getmək istədiyini bildirib: “Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əlim ilə Sənəmi vuraraq xəsarət yetirdim. Etdiyim əməldən peşmanam”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sənəmin sözlərinə görə, Mahir ilə 2017-ci ildə ailə həyatı qurub, birgə nikahdan 6 yaşlı qız övladıları olub: “2023-cü ilin oktyabrında ərim Mahirdən boşandım. 2024-cü ilin fevral ayının əvvəllərində Mahir ilə arabir zəngləşərək münasibətlərimizin düzəlməsi istiqamətində qarşılıqlı addımlar atmağa başladıq. Övladımız olduğu üçün Mahir ilə barışaraq yenidən ailə həyatını davam etdirmək barədə razılaşdıq. Mənim Mahir ilə danışmağıma anam Nəcibə, atam Elman və qardaşım Elçin narazılıq bildirdilər. Bu səbəbdən də aramızda bir neçə dəfə sözlü mübahisələr yaranmağa başladı”.
Sənəm qeyd edib ki, sonuncu dəfə 2024-cü ilin martın 13-də, saat 21:00-da ailə üzvlərinə keçmiş əri Mahir ilə barışacağını bildirib: “Bunu eşitdikdən sonra anam Nəcibə əsəbiləşdi, atam və qardam da narazı olduğunu bildirdilər. Sonra mən mobil telefonla Mahirə zəng edərək məni aparmasını xahiş etdim. Bunu eşidən atam, anam və qardaşım həmin vaxt mənə narazılıq bildirdilər, evdən getməyimi istədilər. Həmin vaxt anama təkidlə Mahirin gözlədiyini bildirdim, anam baş və bədən nahiyyələrimə şillə, yumruqla zərbələr endirməyə başladı. Bundan sonra boğazımdan sıxaraq itələdi. Mən yerə yıxıldım”.
Zərərçəkmiş bildirib ki, daha sonra anası təkrar onun üstünə hücum edərkən atası və qardaşı araya girərək ondan anasını ayırıblar: “Sonra mən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Hazırda anamla barışmışam, ona qarşı hər hansı bir şikayətim yoxdur”.
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş barışıb, zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınıb və Nəcibənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Dekabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri