Keçmiş erməni diplomat: Paşinyanın bu addımı çox təhlükəlidir
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
"Ermənistan hakimiyyətinin atdığı addımlar təhlükəli nəticələrə gətirib çıxara bilər".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan XİN-in keçmiş baş katibi Vaaqn Melikyan "News.am"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-la strateji tərəfdaşlıq sənədi Ermənistanın təhlükəsizliyinə təminat verməyəcək: "Getməkdə olan administrasiya ilə bu cür sənədlərin imzalanması ehtiyatsız addımdır. Çünki təkcə Amerika administrasiyası deyil, xarici siyasəti də dəyişir. Bu sənəd "qələbə" kimi Ermənistan xalqına sırınacaq. Strateji tərəfdaşınızın Rusiya ilə münasibətlərindəki gərginlik Ermənistan üçün problemlər yaradacaq. Söhbət enerji resurslarından, böyük satış bazarından, Rusiyada yaşayan soydaşlarımızın üzləşə biləcəyi çətinliklərdən gedir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Yanvar 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















