Paşinyanın bu sözü müharibəyə çağırış idi Keçmiş prezident
Unikal-ə istinadən Icma.az xəbər verir Paşinyanın bu sözü müharibəyə çağırış idi Keçmiş prezident.
"Qarabağın təhvil verilməsi iki mərhələdə həyata keçirilib: birincisi müharibədən əvvəl 2018-2020-ci illərdə, ikincisi isə 2020-ci ildən başlayaraq 2023-cü ilin sentyabrına qədər".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib.
"Baş nazir 2019-cu ildə çox məqbul bir təklifə məhəl qoymadı və danışıqlara sıfırdan başladığını söylədi. Bu o deməkdir ki, o, həmsədrlərə "siz kimsiniz, 25 ildir nə işlə məşğulsunuz?" deyir və mahiyyət etibarı ilə danışıqlar prosesi dalana dirənir. O, bəyan etdi: Artsax Ermənistandır və nöqtə. Əgər belədirsə, onlar nə barədə danışıqlar aparmalı idilər? Bu, əslində müharibəyə çağırış idi", - deyə Köçəryan qeyd edib.
Ağarza Elçinoğlu

