Keçmiş klub prezidenti futbolçunun Qarabağ a satılmasını tənqid etdi
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polşanın "Stal" klubunun keçmiş prezidenti Tomaş Poreba qapıçı Mateuş Koxalskinin "Qarabağ"a satılmasını tənqid edib. Sport24.az xəbər verir ki, keçmiş millət vəkili bu barədə "Onet.pl" nəşrinə müsahibəsində bildirib.
O, bəzi aparıcı futbolçuların klubdan ayrıldığını və komandanın buna görə zəiflədiyini söyləyib:
"Mateuş Koxalski yayda komandadan ayrıldı. Bu qərarı başa düşə bilmirəm. Mən klubda olanda biz komandanı elə qurmuşduq ki, ən vacib mövqelərdə yaxşı oyunçular olurdu. Güclü qapıçımız, müdafiəçimiz və hücumçumuz var idi. Əvvəlki mövsümdə bizi xilas edən Koxalskini satdıq. Onun müqaviləsinin bitməsinə bir il qalmışdı. Niyə onu heyətdə saxlamadılar?"
Qeyd edək ki, "Stal" klubu Polşa çempionatında 30 xalla 16-cı pillədə qərarlaşıb. Sona bir tur qalmış komandanın aşağı liqaya düşəcəyi dəqiqləşib. Mateuş Koxalski 2024-cü ilin yayında "Qarabağ"a keçib. Tomaş Poreba həmin ilin yanvarında klubla vidalaşmalı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















