Keçmiş məcburi köçkün: Yenidən Kəlbəcərin havasını udmaq, suyundan içmək böyük xoşbəxtlikdir
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Kəlbəcərdən məcburi köçkün düşəndə 32 yaşım var idi, bu gün isə artıq 66 yaşım var. Həyatımızın ən ağır, ən ağrılı günlərini geridə qoyduq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Kəlbəcər şəhərinə köçən keçmiş məcburi köçkün Əhməd Məmmədov söyləyib.
Keçmiş məcburi köçkün bildirib ki, uzun illər həsrətini çəkdikləri doğma yurdlarına qayıtmaq, nəhayət nəsib oldu: “Bu günlərə çatdığımıza görə Allaha şükür edirik. Yenidən Kəlbəcər torpağını görmək, onun havasını udmaq, suyundan içmək bizim üçün ən böyük xoşbəxtlikdir”.
“İndi qayıdırıq və niyyətimiz odur ki, orada fəaliyyətimizi davam etdirək, yurdumuzu yenidən dirçəldək, ona həyat verək. Nə qədər ömrümüz varsa, onu doğma torpaqda, öz elimiz-obamızda yaşamalıyıq. Bu torpaqlar bizim keçmişimizdir, yaddaşımızdır, eyni zamanda, gələcəyimizdir",- deyə Ə.Məmmədov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Noyabr 2025 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















