Keçmiş şahzadə Endryu ilə bağlı gözlənilməz qərar
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Keçmiş Britaniya şahzadəsi Endryu Mauntbetten-Vindzor titullarından məhrum edilməsinə baxmayaraq, vəfat edəcəyi təqdirdə krallıq ehtiramı ilə dəfn oluna bilər.
Moderator.az bildirir ki, "Daily Mail" nəşri bu barədə Britaniya hökumətindəki yüksəkvəzifəli mənbələrə istinadən xəbər verib.
Nəşrin məlumatına əsasən, keçmiş York hersoqu xüsusi ehtiramla dəfn mərasimi nəzərdə tutulan kral ailəsi üzvlərinin qapalı hökumət siyahısında hələ də qalır. Qəzet qeyd edir ki, Britaniya hakimiyyəti kral ailəsi üzvlərinin dəfn mərasimləri üçün əvvəlcədən təfərrüatlı planlar, o cümlədən mərasimin keçirilməsi və dəfn yeri ilə bağlı hazırlıqlar görür.
Endryunun Vindzordakı Froqmor Kral Sərdabəsində dəfn edilə biləcəyi ehtimal olunur. Orada həmçinin amerikalı Uollis Simpsonla evlənmək üçün 1936-cı ildə taxtdan imtina edən VIII Eduardın məzarı yerləşir.
Xatırladaq ki, fevralın 19-da "Daily Mail" Britaniya polisinin amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələri ətrafında yaranmış qalmaqal fonunda Endryu Mauntbetten-Vindzoru həbs etdiyini xəbər vermişdi. Keçmiş şahzadənin ad günündə dövlət qulluğunda qeyri-münasib davranış şübhəsi ilə saxlanıldığı bildirilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Avqust 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















