Keçmiş XİN başçısına hökm oxundu: 27 il
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Keçmiş xarici işlər naziri Həmraxan Zərif və dövlət çevrilişinə cəhddə təqsirləndirilən bir sıra digər siyasətçilər məhkəmə tərəfindən 18 ildən 27 ilə qədər həbs cəzasına məhkum ediliblər.
Axar.az xəbər verir ki, bu barədə Tacikistan Ali Məhkəməsi sədrinin birinci müavini Şövkət Lutfullazadə məlumat yayıb.
Onun sözlərinə görə, məhkəmə fevralın 5-də iş üzrə qərar çıxarıb. Qərara görə Tacikistanın keçmiş xarici işlər naziri Həmraxan Zərif, eləcə də keçmiş deputat, həmçinin Tacikistan Demokratik Partiyasının keçmiş sədri Səidgahar Osmanzadə 27 il, Demokratik Partiyasının sədrinin keçmiş müavini, jurnalist Əhmədşah Kamilzadə, Tacikistan Sosial Demokratiya Partiyası sədrinin müavini, vəkil Şakirjon Hakimov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə digər təqsirləndirilən şəxs, Tacikistan Ali Şurasının keçmiş sədri, 1991-1992-ci illərdə ölkə prezidenti vəzifəsini icra edən Əkbərşa İsgəndərov 18 il müddətinə həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Fevral 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















