Kejman Qurban Qurbanovun dubl etdiyi oyunu xatırladı: O, qələbəyə görə məni günahlandırdı?
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Serbiya və Monteneqro yığmasının sabiq hücumçusu Mateya Kejman AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində Podqoritsada Azərbaycan yığması ilə heç-heçə (2:2) oynadıqları matçı xatırlayıb.
Sportal.az xəbər verir ki, Serbiyanın “Mondo” nəşrinə danışan Kejman Azərbaycan futbol tarixinin unudulmaz görüşlərindən olan oyun haqda belə danışıb:
“Həmin vaxtkı baş məşqçimiz Azərbaycan üzərində əldən verilmiş qələbəyə görə məni günahlandırdı? Dejo bu gün mənim böyük dostumdur, onun haqqında çox yüksək düşünürəm. O, bəlkə də bizim bütün dövrlərin ən böyük oyunçumuzdur. O vaxtı gənc idim və belə hallar yaranırdı. Niyəsini xatırlamıram, amma Azərbaycanla Podqoritsada oynadıq. Yağış yağırdı və Dejo məni, Peja Miyatoviçlə oyundan kənarlaşdırdı. Bundan sonra iki qol buraxdıq və görüş 2:2 hesabı ilə başa çatdı”.
Xatırladaq ki, həmin görüşdə millimizin hər iki qolunu Qurban Qurbanov vurmuşdu.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 26 Noyabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















