Icma.az
close
up
RU
Kəlbəcər bu gün yenidən qurulur

Kəlbəcər bu gün yenidən qurulur

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ərazi və təbii sərvətlər baxmından Azərbaycanın ən mühüm rayonlarından biri olan Kəlbəcər ermənilərin 27 illik işğalından azad edilməsi tarixi hadisə idi. Bununla da uzun müddət torpaq, vətən həsrəti çəkən soydaşlarımızın, xüsusi ilə də kəlbəcərlilərin həsrətinə son qoyuldu. Bu qalibiyyətə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun rəşadəti sayəsində nail olunub.

10 noyabrda Ermənistanın kapitulyasiyanı qəbul edərək imzaladığı bəyanata əsasən, Kəlbəcər bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, müzəffər Azərbaycan ordusunun gücü nəticəsində bu uğur əldə olundu. Çünki əgər 44 günlük müharibə ərzində ordumuzun uğurlu əməliyyatları olmasaydı, Ermənistan heç zaman bu kapitulyasiyaya razı olmazdı. Azərbaycan ordusunun gücü vadar etdi ki, Ermənistan işğal olunmuş ərazilərimizi tərk etsin.
Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü qələbələrimizi təmin etmiş olub.
Kəlbəcər ölkəmizdə ən böyük ərazisi olan rayon olmaqla yanaşı, strateji və çətin relyefə malikdir. Kəlbəcər eyni zamanda təbii sərvətlərlə zəngin bir bölgədir. Rayon ərazisi qızıl, mis, qurğuşun yataqları və digər təbii sərvətlərlə zəngindir. Eyni zamanda Kəlbəcərə çox gözəl və əsrarəngiz təbiətə malik rayonlarımızdan biridir. Eyni zamanda Kəlbəcər zəngin tarixə malik ərazilərimizdən biri kimi ən qədim insan məskənlərindən hesab olunur. Bu mənada “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” adlanır. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcər həmçinin Azərbaycanın ən yüksək dağ rayonlarından biridir. İnzibati rayon kimi 1930-cu ildə yaradılan Kəlbəcər 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən işğal edilib. Ermənistanın işğalı nəticəsində rayonun bütün tarixi, dini, mədəni abidələri, yaşayış məntəqələri, infrastrukturu dağıdılıb, məhv edilib. Erməni barbarlığı nəticəsində Kəlbəcərdə demək olar ki, azərbaycanlıların izi itirilməsi üçün bütün vandallıqlara əl atılıb. Eyni zamanda rəsmi İrəvan hərbi cinayətləri ilə yanaşı BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanılıb.
Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması burada apardığı talançılıq siyasəti ilə bağlı beynəlxalq birlik, aparıcı təşkilatlar heç bir təsirli addım atmayıb. Bu sözsüz ki, ikili standartlar siyasətinin təzahürüdür. Fakt odur ki, BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 30 ilə yaxın beynəlxalq təşkilatların çıxarmış olduğu qəarar və qətnamələr kağız üzərində qaldı. Bununla bağlı Ermənistana heç bir təzyiq edilmədi.
Nəticədə, 2020-ci ilin 27-i sentyabrında başlayan 44 gün davam edən tarixi Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Ermənistan 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza ataraq rəsmən döyüş meydanında məğlub olduğunu qəbul etdi. Bununla da işğalçı dövlət Ağdam, Laçın və Kəlbəcər rayonlarını döyüşsüz təhfilı verilməsi ilə bağlı öz üzərinə öhdəlik götürdü. Bu sözsüz ki, effektiv hərbi strategiyanın nəticəsi idi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilməsi tarixi hadisə idi. Həmçinin Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. Çünki işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilməsi Müzəffər Ali Baş Komandan tərəfindən Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş qəhrəmanlarımıza göstərilən ali diqqətin təzahürüdür. Eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs kimi Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib Həmin Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Erməni işğalından azad edilən digər rayonlarımız kimi Kəlbəcər də bu gün yenidən qurulur. Yeni yaşayış məntəqələri salınır.
Prezident İlham Əliyevin işğaldan azad edildikdən sonra Kəlbəcərə səfəri mühüm əhəmiyyət kəsb edib. Artıq Kəlbəcərin Yanşaq, Zallar, Zar kəndində yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Artıq Kəlbəcər “İstisu” mineral su zavodu uzun illərdən sonra yenidən bərpa edilib. Bununla da “İstisu” mineral suları yenidən öz tarixi şöhrətinə qovuşub. Rayonun enerji potensialını nəzərə alınmaqla “Çıraq-1”, “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları qurulub. Kəlbəcərə dağlıq coğrafi mövqeyini nəzərə alınaraq hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Kəlbəcər bu gün Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini yaşayır. İllərlə həsrətə çevrilmiş bu diyar artıq azadlığın, quruculuğun və inkişafın rəmzinə çevrilib. Qarabağ Zəfərindən sonra Kəlbəcərdə baş verən dəyişikliklər təkcə fiziki yenidənqurma ilə məhdudlaşmır; bu gün burada həm sosial həyat bərpa olunur, həm də regionun gələcək inkişafının təməlləri atılır. Kəlbəcər bu mənada öz tarixinin tamamilə yeni, əvvəlkindən daha güclü və perspektivli mərhələsinə qədəm qoyub.
Kəlbəcərdə həyata keçirilən böyük layihələr bölgənin tamamilə yeni simasını formalaşdırır. Yeni yolların çəkilişi, tunellərin inşası, elektrik, qaz və su infrastrukturu regionu müasir standartlara uyğun bir məkana çevirir. Laçın – Kəlbəcər və Kəlbəcər – İstisu magistralları, Murovdağ tuneli, “Ağıllı kənd” layihələri kimi təşəbbüslər uzunmüddətli inkişaf strategiyasının nümunələridir.
Bu layihələrin hər biri Kəlbəcərin təkcə yerli əhəmiyyətini deyil, həm də ümumregional strateji rolunu əks etdirir. Kəlbəcər bir zamanlar çətin keçilən dağ yolları ilə tanınırdısa, bu gün region nəqliyyat bağlantısının mərkəzinə çevrilir.
Kəlbəcərin təbii sərvətləri – zəngin yaylaqları, mineral su ehtiyatları, meşə və otlaq sahələri – artıq dövlət tərəfindən səmərəli şəkildə qiymətləndirilir. İstisu kurort kompleksinin bərpası regionun turizm və sağlamlıq mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Kənd təsərrüfatı və heyvandarlıq üçün geniş imkanlar isə bölgənin iqtisadi həyatının dirçəlməsinə güclü təkan verir. Kəlbəcərin yeni dövrünün ən önəmli hadisələrindən biri məcburi köçkünlərin öz yurdlarına mərhələli şəkildə qayıdışıdır.
Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olması və buraya köçən sakinlərlə görüşündə də tarixi məqamlara toxunuldu. Dövlətimizin başçısı artıq kəlbəcərlilərin öz yurd-yuvalarına qayıtdığını və burada əbədi xoşbəxt, təhlükəsiz yaşayışları üçün güclü Azərbaycan dövlətinin bütün zəruri addımları atdığı da diqqətə çatdırıldı.
Sözsüz kəlbəcərlilərin öz ata-baba ocaqlarına qayıdışı təkcə bir demoqrafik bərpa deyil, həm də mənəvi ədalətin bərpasıdır. Uzun illər həsrətlə qalan insanlar evlərinə, torpaqlarına, ata-baba yurdlarına qayıdaraq bu torpağa yenidən nəfəs verirlər. Bu qayıdışla birlikdə Kəlbəcərdə həyat yenidən canlanır, kəndlər yenidən qurulur, insanlar öz gələcəklərini məhz bu torpaqda qurmağa başlayırlar.
Kəlbəcər bu gün təkcə azadlığına qovuşmuş torpaq deyil, həm də böyük dirçəlişin mərkəzidir. Bu torpaq həm tarix, həm mədəniyyət, həm iqtisadiyyat, həm də milli birlik baxımından yeni dövr yaşayır. Tikinti-quruculuq işləri, sosial həyatın bərpası, insanlara yeni imkanların yaradılması Kəlbəcərin gələcəyini daha parlaq göstərir.

Sevinc Hüseynova
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri