Icma.az
close
up
RU
Kəlbəcər Cənubi Qafqazın “İsveçrəsi” olacaq

Kəlbəcər Cənubi Qafqazın “İsveçrəsi” olacaq

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

25 Noyabr- Kəlbəcər Şəhəri Günüdür.

11 yaşında  tərk etdiyim bu yurduma 30 il sonra döndüm.

O yurduma ki, bir zamanlar bizim üçün, işğaldan sonra isə ermənilər üçün alınmaz qala idi.  Bu  Vətən torpağı 44 Günlük Vətən Savaşında məğlub düşmənin ağır məğlubiyyətindən sonra könüllü boşaldıldı.

Baxmayaraq ki, müharibənin ilk günlərində ən çox şəhidi də məhz Kəlbəcər uğrunda döyüşlərdə -Murovda verdik.

Əgər Azərbaycan ordusu başqa istiqamətlərdə düşməni geri məğlub etməsəydi, Kəlbəcərin də azadlığı üçün çox qardaşlarımız canını fəda etməliydi.

Bugün Kəlbəcər azaddır.

O Kəlbəcər ki, 3 il əvvəl İsveçrə səfiri oraya səfər edəndə Cənab Prezidentin köməkçisi Hikmət Hacıyevə heyrətini gizlədə bilməyib, “Buranı İsveçrəyə çox bənzətdim” demişdi.

Doğrudan da Kəlbəcər bir başqadır.

Kəlbəcər bənzərsizdir.

Suyu, torpağı, havası, daşının, qayasının  rəngi belə fərqlidir.

Bugün fərqli Kəlbəcər yenidən elə fərqli qurulur.

Kəlbəcər Cənubi Qafqazın “İsveçrəsi” olacaq.

Şəhər mərkəzində inşa olunan evlər özünün memarlığı baxımından da bu yerin reylefinə uyğunlaşdırılıb.

Kəlbəcər turizm üçün potensialı böyük olan bölgə olduğundan iş adamlarının da diqqəti artıb.

Azərbaycan Prezidentinin Kəlbəcər Üzrə Xüsusi Nümayəndəsi Bəşir Hacıyev sahibkarlar üçün bütün şəraitin olduğunu deyib.

Zəfər Bayramında rayon ictimaiyyəti qarşısında çıxış edən Bəşir Hacıyev Azərbaycanın bu gözəl yurdunun yaxın illərdə bənzərsiz bir yer olacağını deyib.

Məhz bu çağırışlara da qoşulan sahibkarlar rayona öz tövhəsini verir.

Bugün Kəlbəcərin özüylə yanaşı Göyçə mahalı ilə sərhəddə yerləşən Azərbaycanın ən qədim kəndi Zar kəndi də yenidən qurulur.

Ölkə başçısının təməlini qoyduğu Zar kəndi 850 ailə üçün inşa olunur.

Qaçqın və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sədri Mahir Abbasov Gununsesi.info-ya deyir ki, Zar kəndi nəinki Azərbaycanın, hətta Avropanın ən gözəl yaşayış qəsəbələrindən biri olacaq.

“Zar kəndi Kəlbəcərin özündən hündürlükdə dörd bir tərəfi dağlarla əhatə olunmuş böyük bir düzənlikdə yerləşir. Zar kəndi üçün  yeni müasir Baş Plan hazırlanıb.

Geniş yolları, bütün kommunal xətləri, bir sözlər tam infrastrukturu olan kənd tikilir. Zar Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub.

Kəndin tikintisində tarixi abidələr mühafizə zolağına salınaraq qorunur.

Bu kəndin iqlimi nəzərə alınaraq, evlər xüsusi izolyasiya ilə üzlənir ki, sakinlər  qışın sərt soyuğunu hiss etməsin.

Mahir Abbasov bildirir ki, Zar kəndindəki tikinti işlərində elə bu kəndin sakinləri də çalışır.

Pərviz Həşimli 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Noyabr 2025 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri