Icma.az
close
up
RU
ELEGİYA Eldəniz Quliyev yazır

ELEGİYA Eldəniz Quliyev yazır

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

"Tanrım, yıxılmağa qanad ver mənə!"

Gecə saat 3-ə işləyir...

Divar saatının «çaqq-çuk»u ürək döyüntülərini xatırladır. Qəribədi, adam ürəyində nəsə fikirləşir, ölçüb-biçir, amma qəlbindən keçəni sözə çevirib dilə gətirəndə görür ki, dedikləri demək istədiklərinin çox az hissəsini əhatə eləyir. Yəni «diri» fikir sözə çevriləndə yarımcan olur.

Elə sözlər var ki, sən onu ancaq özünə, öz üzünə deyə bilirsən. Və çox vədə istədiklərin məhz elə bu sözlərdə, yəni özünə, öz-özünə dediyin kəlmələrdə daha aydın ifadə olunur.

Gecə saat 3-ə işləyir…

Evdə hamı yatmışdı. Dəhlizdəki bədənnüma güzgünün qarşısındakı dolabda yığılıb-qalmış yazı-yuzularımı, kitabları səliqəyə salırdım. Çoxdan açmadığım bir kitabı götürəndə, arasından rəngi soluxmuş bir yarpaq düşdü. Hansısa kitabın, ya dəftərin arasına nə vaxtsa yarpaq qoyulmasında elə də qeyri-adi bir şey yoxdu. Amma…

Üç barmaq enində olan bu cansız, solub-qurumuş yarpaq nədənsə mənə adi bir həqiqəti xatırlatdı: insan öz emosional yaddaş və xəyallarının əsiridi!

Kim bilir, bəlkə elə XIX əsrin sonunda Lümyer qardaşlarının «Sinema» adlandırdıqları və az qala dünyanın 8-ci möcüzəsinə çevrilən dahiyanə ixtiraları insanın öz daxili «ekranını» – yaddaşını, təsəvvür və təxəyyül qabiliyyətini maddiləşdirmək ehtiyacından doğmuşdu?..

…Mən güzgünün qarşısında dayanıb, ehmalca ovcumda saxladığım quru yarpağa baxa-baxa 10 il əvvəlki O GÜNÜ «görürdüm» - ləng kino çəkilişi kimi hər şey bircə-bircə gözüm önündən ötüb-keçir, keçirdi...

… O gün gözəl bir yay səhəriydi.

Bir neçə ailə istinin əlindən baş götürüb «İsa bulağı»na «qaçmağı» qərarlaşdırdıq (O vaxt Ağdam teatrında «Mürşüd kişi niyə susur?» pyesim tamaşaya qoyulmuşdu və mən ailəmlə birgə Ağdamda qonağıydım). Olanından-olmazından yığıb-götürdük, bazarlıq-filan da eləyib, bir neçə maşınla yol aldıq Şuşaya sarı.

Onda hələ yollar açıq idi. Hərdən-hərdən daşdan-kəsəkdən atsalar da, gediş-gəliş bir o qədər də qorxulu deyildi.

Ağdamın çıxacağında, maşın yolunun tən ortasında bir uzunqulaq dayanıb-durmuşdu. Yaxınlaşanda, hər ehtimala qarşı, maşının sürətini azaltdım. Arxadan gələn maşınlar da yavaşıdı. Oğlum Nəcəf (4 yaşına təzəcə keçmişdi o vaxt) əlini çiynimə qoyub-dikəldi və çox maraqla ilk dəfə gördüyü bu «əcaib» heyvana baxa-baxa soruşdu:

- Bu nədi, ata?..

Cavab verdim ki:

- Uzunqulaqdı, eşşək də deyirlər.

- Essək?

- Hə.

Arxa maşını idarə eləyən dostum siqnal verib gülə-gülə:

- Ə, qağa, bəlkə, bu «QAİ»-nin qulağına bir üçlük basaq?! – dedi. Elə bu zaman uzunqulaq başını tərpətdi və elə alındı ki, guya o, bu «xeyirli təklif»ə razılığını bildirir. Hamımız gülüşdük. Nəcəf çevrilib sonuncu dəfə zəndlə uzunqulağı süzəndən sonra boynumu qucaqladı və yəqin ki, məni bu an daha çox istədiyini göstərməkçün dedi:

- Ata, bu essək toçnı sənə oxsayır ey!

Uşaq səmimiyyətilə deyilmiş bu «kompliment» yenə hamımızı güldürdü.

…Bir saatdan sonra biz «İsa bulağı»ndaydıq… Meşənin kölgəliyi ruha dinclik gətirirdi. Dünyada təkcə çörək ətriylə müqayisəyə gələ biləcək torpaq ətri… Quşların səsi yadımdadı. Bir də kabab qoxulu ocaq tüstüsü və havanın körpə uşaq təki bir andaca dodağını büzüb tutulub-dəyişməsi…

Əvvəl haradansa, çox-çox uzaqlarda – elə bil yuxudaydı - göy guruldadı. Günəşin tutulmasıyla yerə iri fındıq boyda dolu tökülməsi bir oldu. Və bu, elə qəfil baş verdi ki, çəmənlikdə sərdiyimiz süfrəni yığışdırıb, üstüörtülü bir yerə daşımağa da macal tapmadıq. Ocağımızın təzəcə düşən közü də bu həmlədən «hirslənib» fındıq-fındıq dolu dənələriylə «cızz-dızz» savaşına başladı…

Az sonra, hava qəfil tutulduğu kimi, qəfil də açıldı. Təbiətin dəcəlliyi cəmi-cümlətanı beş dəqiqə çəkdi, ya çəkmədi.

Sehrlənmiş kimi donub qalmışdım. Bu mənzərədə bir boynubüküklük, saflıq, doğmalıq, bir azca da qəribəlik və irreallıq varıydı… Bayaqdan əlimdə saxladığım kitabdan bircə cümlə də oxumamışdım (Əcəb adamam, bu cür cənnət-məkanda, denən, heç kitab oxumaq vaxtıdı?!). Taqqıltıyla kitabın üstünə, sonra başıma düşən dolu dənələri mənə süfrəmizin «xilası ilə» əlləşənlərə kömək etməli olduğumu xatırlatdı. Və indiki kimi yadımdadı: yarımçıq qaldığım səhifəni əzməməkçün, hansısa ağacdan bir yarpaq qoparıb, kitabın arasına qoydum…

Bax, bu, həmin yarpaqdı!

Dayanmışdım. Öz evimdə. On il keçmişdi. Gecə saat 3-ə işləyirdi…

… və ovcumda ehmalca saxladığım quru yarpağa baxa-baxa gözüm yol çəkirdi… Sol yanağım nədənsə səyriyirdi və üçcə barmaq enində olan bu soluxmuş, kövrək yarpaq gözümdə artıb beşbarmaq boyda olub, sanki tutarlı bir şillə vurmağa hazırlaşırdı və bəlkə elə buna görəydi ki, yanağım od tutub yanırdı və quş lələyi yüngüllüyündə olan bu yarpaqda zindan ağırlığı var idi və bu yarpağın mənə deyiləsi zindandan ağır, şillədən ağrılı qırmızı-qırmızı sözləri də vardı: «Niyə, niyə qoymadın orda öləm?!.. Niyə qoymadın xəzana qarışam, torpağa gömüləm? Orda, öz meşəmdə, öz meşəmdə öləm, ölüb qalam?!..»

Ölüm! Ölüm - qorxunun bitdiyi, tükəndiyi yerdi, İlahi!.. Ölümdən qorxmaq - qorxudan ölməkdən nəylə fərqlənir görən?... Və ölümü öldürmək niyə belə çətindi görən?! Qorxu!.. Qorxu…

Güzgüyə baxdım. Güzgüdə öz-özümə, öz gözümə, gözümün içinə baxdım.

Baxa bilmədim.

Utandım. Gözümü yumdum. Dörd yaşlı Nəcəfin səsi gəldi qulağıma: «Ata, toçnı essəyə oxsayırsan ey!»

Bədənimdən gizilti keçdi. Ətim ürpəşdi. Ürəyimin döyüntüsünü eşitdim – «tup-tup!», «tup-tup!!!». Öz-özümə:

- Uzunqulaq! – dedim.

Sonra:

- Qorxaq!! – dedim.

Sonra:

- Kül başıma!!! – dedim.

Sonra, sonra gözümü açıb yenə güzgüyə baxdım.

Qəribəydi. Əvvəl mənə elə gəldi ki, doğrudan da, başıma kül tökülüb. Qeyri-ixtiyari əlimin dalıyla saçımı təmizləmək istədim. Alınmadı. Diqqətlə baxanda gördüm ki, yoox… bu, kül deyil. Kül deyil bu!..

Bircə anın içində… bircə anın içində saçlarıma dən düşmüşdü. Dən düşmüşdü saçlarıma!..

…Gecə saat üçə işləyir.

Saatın səsi eynilə ürək döyüntülərinə oxşayır…

Vaxt donmuşdu! Vaxt ölmüşdü!..

Eldəniz QULİYEV

Redaksiyadan: Yazı illər öncə qələmə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 May 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri