Icma.az
close
up
RU
Kəlbəcər Qərbi Azərbaycanlıları GÖZLƏYİR

Kəlbəcər Qərbi Azərbaycanlıları GÖZLƏYİR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Martın 10-da parlamentdə Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə bir sıra vacib məsələlər müzakirə olunub. Tədbirdə Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun beynəlxalq səviyyədə daha geniş tanıdılması, bu istiqamətdə QHT-lərin, xalq diplomatiyasının və digər təsisatların rolu vurğulanıb.

Bununla da parlamentdə Qərbi Azərbaycanla bağlı keçirilən dinləmələrin sayı 7-ə çatıb. Qeyd edək ki, bu cür dinləmələr Qərbi Azərbaycana qayıdışla bağlı müzakirələrə təkan verir, yeni ideyaların yaranması, qayıdış prosesi ilə bağlı siyasi, hüquqi bazasının möhkəmlənməsinə imkan yaradır.

Bu konteksdə Modern.az Qərbi Azərbaycana qayıdışla bağlı təkliflə çıxış edir. Belə ki, növbəti ictimai dinləmələrdən biri Kəlbəcərdə keçirilməlidir.

Kəlbəcər 1993-cü ildən 2020-ci ilə qədər Ermənistanın işğalı altında olub. İşğal dövründə burada ermənilər tərəfindən böyük dağıntılar törədilib, sakinlər doğma yurd-yuvalarından didərgin düşüblər. Bu baxımdan Kəlbəcər və Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların taleyi arasında oxşarlıqlar var. Hər iki bölgənin sakinləri illərlə doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayıblar. Buna görə də, Kəlbəcərdə keçiriləcək ictimai dinləmə mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyacaq. Bu görüş, eyni zamanda, Qərbi Azərbaycana qayıdış məsələsinə daha dərin tarixi və emosional kontekst qazandıracaq.

Kəlbəcər coğrafi olaraq Qərbi Azərbaycana ən yaxın bölgələrdən biri olduğu üçün burada keçirilən ictimai dinləmə yalnız mənəvi deyil, həm də praktik əhəmiyyət daşıyacaq. Burada müzakirələr zamanı Qərbi Azərbaycana qayıdış prosesinin yeni aspektləri - məsələn logistik və təhlükəsizlik məsələləri də daha dərindən təhlil edilə bilər. Burada deputatlar, rəsmi şəxslər, ekspertlər, jurnalistlər və QHT nümayəndələri müxtəlif həll yollarını müzakirə edə bilərlər.

Kəlbəcərdə keçirilən ictimai dinləmə beynəlxalq ictimaiyyətə dəqiq mesaj verəcək: Qərbi Azərbaycanın bir addımlığındayıq və qayıdışa hazırıq! 

Həmçinin Qərbi Azərbaycana qayıdış prosesində medianın rolunun artırılması təklif edilir. Qayıdış prosesinin beynəlxalq səviyyədə tanıdılması və ictimai rəyə təsir üçün media əsas vasitələrdən biridir. Buna görə Milli Məclisin müvafiq komitəsində “Qərbi Azərbaycana qayıdış prosesində medianın rolu” mövzusunda ictimai dinləmə keçirilə bilər. Bu mövzuda keçiriləcək ictimai dinləmə jurnalistlərin, media ekspertlərinin, dövlət rəsmilərinin və QHT nümayəndələrinin iştirakı ilə baş tuta bilər. Tədbirdə informasiyanın beynəlxalq platformalarda yayılması, sosial mediada effektiv kampaniyaların təşkili və dezinformasiyaya qarşı mübarizə yolları müzakirə oluna bilər. Qərbi Azərbaycana qayıdış mövzusu mediada geniş işıqlandırılsa da, bu cür ictimai dinləmə medianın rolunu dəqiq müəyyənləşdirməyə kömək edəcək.

Hər iki təklifin reallaşması Qərbi Azərbaycana qayıdış prosesinin həm daxili, həm də beynəlxalq aspektdə daha güclü şəkildə gündəmə gətirilməsinə xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri